"Müəyyən etsinlər ki, mən kiməm!" - Deputata vəhabi dedilər

img

23-09-2014 [11:35]


Deputat Fazil Mustafa Facebook-da maraqlı bir status paylaşıb.

Mia.az həmin statusu olduğu kimi təqdim edir:

"Dostlardan biri məlumat verdi ki, dünən Bakıxanov qəsəbəsində yas məclisini aparan molla, ehsanların yığışdırılması ilə bağlı belə bir izah verib: Yaslarda yemək yemək bizim milli adətimizdir, ehsan verməməyi təbliğ edənlər vəhabilərdir, onların başında da Fazil Mustafa durur. Demək ki, ehsan mafiyası artıq öz müqavimət formasını tapıb. Qarınlarını doydormaq üçün yoxsul insanların izdirabdan qurtulmasını belə əngəlləməyə çalışırlar. Həmin mollanın kimliyini araşdırıram və təbii ki, məsələnin mənbəyinə gedib çıxmağa çalışacağıq. Maraqlıdır ki, dünən İrandan idarə olunduğu bəlli olan Şanlı İldırım adlı profildən də təhqiramiz mesaj aldım və orada da məni Yəhudilərə işləməkdə suçlayırdı. Ötən günlərdə də burada paylaşmışdım, xüsusi xidmət orqanlarımızla bağlılığı olan bir ilahiyyatçı Türkiyə kanalında məni Nurçu adlandırmışdı. İndi qalmışam məhəttəl, bunlar arasında görünür ki, koordinasiya yoxdur ki, müəyyən etsinlər ki, Mən kiməm! Aşıq Ələsgər gözəl demiş, deyilmi:

Hərcayıdan, müxənnəsdən, nakəsdən, 
Nə qalmadı sənətkara dəyməmiş.

Dostlar, bu yolda hər şey deyəcəklər, Allahı, İnsanı və Vətəni sevməyin bəlkə də çiləsidir bu. Devlərin aşqı da, çiləsi də böyük olur!".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA