Ceyhun Bayramov  Qambiya XİN başçısı ilə telefonda danışıb

img

23-02-2026 [16:15]


Xarici işlər naziri Ceyhun Bayramov ilə Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Serinq Modou Njie arasında telefon danışığı olub.

Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan ilə Qambiya arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Ötən ilin sentyabr ayında imzalanmış "Siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu"na uyğun olaraq, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında qısa müddət ərzində siyasi məsləhətləşmələrin keçirilməsinin önəmi vurğulanıb.

Nazirlər siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Tərəflər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin qarşıdan gələn sədrliyi, eləcə də bu çərçivədə keçiriləcək mötəbər tədbirlərə hazırlıq planları ətrafında fikir mübadiləsi aparıblar. Bununla yanaşı, ölkəmizdə bu il keçiriləcək Ümumdünya Şəhərsalma Forumu barədə qarşı tərəfə məlumat verilib.

Telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri, habelə digər qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA