İmişlidə görünməmiş saxtakarlıq

img

22-09-2014 [15:16]


I divizionun son turunda keçirilən "Mil-Muğan” - "Turan-T” klublarının oyununda görünməmiş saxtakarlığın üstü açılıb. Fanat.az xəbər verir ki, İmişli klubu 1990-cı il doğumlu Orxan Məhərrəmlinin ad, soyad və təvəllüdünü dəyişərək, 1993-cü il doğumlu Fərid İbrahimli ad və soyadı ilə oynadırmış. 

Bu məsələnin üstünü Tovuz klubunun prezidenti Namiq Məstənov açıb. İş ondadı ki, Orxan Məhərrəmli Fərid İbrahimli kimi arxada qalan hər 3 turda meydana çıxıb. Buna görə də, hər üç oyunun - "Mil-Muğan” - "Göyəzən” (6:1), "Rəvan” - "Mil-Muğan” (1:1) və "Mil-Muğan” - "Turan” (1:0) oyunlarının nəticələri ləğv olunacaq. Komandaya hər üç qarşılaşmada 0:3 hesablı texniki məğlubiyyət veriləcək.  

Qeyd edək ki, "Mil-Muğan” hazırda 3 oyundan 7 xal toplayaraq 1-ci divizionda liderdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA