“Putin gələn həftə İlham Əliyevlə görüşəcək”-Kreml

img

22-09-2014 [14:03]


Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinin IV Xəzər sammiti çərçivəsində sentyabrın 29-da Həştərxanda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan prezidentləri ilə görüşəcəyinə dair məlumat yayıb.

Məlumata əsasən görüşdə Xəzəryanı ölkələr arasında qarşılıqlı əməkdaşlığa dair mümüm məsələlər müzakirə olunacaq, Bakıda 2010-cu ildə keçirilmiş bundan əvvəlki Xəzər sammitində qəbul edilmiş qərarların reallaşdırılmasının gedişi, prioritet əməkdaşlıq istiqamətləri gündəmə gələcək.

"Sammitdə konkret sənədlərin imzalanması nəzərdə tutulur. Həmçinin prezident Vladimir Putinin "Xəzər beşliyi”inə daxil olan ölkələrin prezidentləri ilə bir sıra ikitərəfli görüşləri olacaq” - deyə Kremlin mətbuat xidməti bildirir.(virtualaz.org)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA