Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR

img

17-02-2026 [00:00]


Bu gün Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon Təhsil Sektoru üzrə Cəfərli kənd tam orta ümumtəhsi məktəbində “Ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilinin təşkili barədə” Elm və Təhsil Nazirliyinin 02 iyul tarixli müvafiq əmrinin 2.7 maddəsinə uyğun olaraq valideyn məmnunluğu ilə bağlı “Şagirdlərə dəstək və şagird rifahı” mövzusunda VI sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib.

Mövzu ətrafında təlim-tərbiyə işləri üzrə direktor müavini Bəyim Şirinli geniş məlumat verib, məktəb-ailə, müəllim-şagird münasibətlərinin əhəmiyyəti, qarşılıqlı münasibətdə məmnunluğun şagirdlərə dəstək və onların rifahı üçün əhəmiyyətinin zəruri olduğunu bildirib.

I yarımilin yekunları barədə sinif rəhbəri Sevinc Maliksoy valideynləri məlumatlandırıb, onlara övladlarının təlim-tərbiyə göstəriciləri barədə danışıb.

Sonra məktəbin direktoru Elyanə Kərimovanın imzası ilə təsdiq olunmuş uğur sertifiqarları əlaçı şagirdlərə -  Sunay, Orxan, Nüranə, Günay, Xədicə, Tamerlan və Dilarəyə təqdim olunub.

Uşaq Birliyini rəhbəri Məryam Rüstəmova, praktik psixoloq Alimə Rüstəmova valideyn məmnunluğu ilə bağlı fikirlərini söyləyib, fərqlənən şagirdləri təbrik ediblər.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident mükafatçısı Səxavət Tağlar “İl çərçivəsi” nin təsdiq olunmuş əsas hədəfərindən danışıb, ümumi təhsil pilləsi üzrə valideyn mənmunluğunun oxu savadlılığı, riyazi savadlılıq, rəqəmsal bacarıqlar, şagirdlərin fiziki inkişafı, təhsilalanların milli-mənəvi dəyərlərə, azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyə oluması kimi əsas istiqamətlərlə bərabər aparılmasından söz açıb.

Sonda valideynlərin suallarını cavablandırıb.

Sevinc Maliksoy,

Məktəbin magist dərəcəli biologiya müəllimi.

MİA.AZ

img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA