Elmar Məmmədyarov deputatın oğluna vəzifə verdi

img

22-09-2014 [12:30]


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə rəhbər təyin olunan Hikmət Hacıyevlə bağlı maraqlı məlumat var.

"Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan xəbərdə bildirilir ki, H. Hacıyev millət vəkili Asəf Hacıyevin oğludur. Bitərəf millət vəkili olan A. Hacıyev Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri və Parlament Məclisi sədrinin müavinidir.

Qeyd edək ki, H. Hacıyev XİN-in mətbuat xidmətinə ötən həftə təyinat alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA