Zahid Oruc: "Ölkəmizin ehtiyacı hazırda hüquqşünas və ya iqtisadçılardan çox..."
11-02-2026 [17:41]
Bu gün AMEA Fəlsəfə və Sosiologioya İnstitutu və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Rəqəmsallıq və sosial informasiyanın inkişaf dinamikası” mövzusunda Respublika elmi konfransı keçirilib.
Mia.az xəbər verir ki, konfransda STM İH sədri, millət vəkili Zahid Oruc əhatəli çıxış edib.
Həmin çıxşı təqdim edirik:
"Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illiyində çıxışı zamanı yeni mərhələdə Azərbaycanın inkişaf prioritetlərini belə müəyyənləşdirib: “Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz geri qalmamalıyıq. Dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni, "mainstream"in arxasınca gedirik. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik".
Dövlət başçısının elmə verdiyi qiyməti, tədqiqatçı alimlərdən gözləntisi, habelə dövlətin sahəyə dəstəyi, süni intellektin və rəqəmsallaşmanın inkişaf prioriteti ilə bağlı müddəaları Azərbaycan elmi ictimaiyyəti üçün strateji yol xəritəsidir.
90-cı illərdə məğlubiyyətimizin səbəblərindən biri də bütün sahələrdə olduğu kimi alimlərimizin də Ermənistanla müharibəyə hazırlıqsız yaxalanmaları oldu. Onlar vahid qüvvəyə çevrilə bilməmişdi. Elmi səfərbərlik yalnız Ulu öndərin hakimiyyətə qayıdışı ilə başlandı.
Heydər Əliyevin sovet dövründə Azərbaycan elminin formalaşması və inkişafındakı milsilsiz rolu onu təkrar hakimiyyətə gətirən qanunauyğunluq və sonrakı uğurların əsasını təşkil etdi. 1993-cü il sentyabrın 21-də Akademiyaya gələn lider ölkəmizin xaosdan çıxarılmasında bir zamanlar yetişdirdiyi alimlərə güvəndiyini göstərdi.
Ulu öndər elmi müstəqil dövlət quruculuğunun tükənməz sərvəti, milli mədəniyyətin və intellektual kimliyin özülü, iqtisadi və siyasi təhlükəsizliyin qarantı, düşmənlə savaşda güclü ordu sayırdı.
Sovetlərin iflasından sonra Azərbaycan elmi çox ağır vəziyyətə düşmüşdü. Elmi institutların zəifləməsi, alimlərin dövlət siyasətindən kənar düşməsi, strateji elmi biliklərin müdafiə sisteminə inteqrasiya edilməməsi məğlubiyyətimizdə az rol oynamadı.
Son 30 illik dövlətçilik kursu-elmin müdafiə qabiliyyətinə çevrilməsi, xüsusilə, tarix, hüquq və informasiya elmində gücümüzün artması nəticəsində düşmənə təsirli zərbələr vuruldu.
Ulu öndərin siyasi kursunun və idarəetmə fəlsəfəsinin varisi kimi İlham Əliyevin prezidentliyi dövründə elmin inkişafına konseptual baxış, yalnız bilik qazanmaq deyil, xalqımızın müharibəyə intellektual və ideya-siyasi cəhətdən hazırlanması, gənclərin xaricdə nüfuzlu ali məktəblərə göndərilməsi 1970-80-ci illərdəki siyasətin davamı idi.
Beləliklə, Prezidentin çıxışı Qələbəmizin yalnız hərbi əməliyyat meydanlarında deyil, həm də elmi-intellektual müstəvidə qazanıldığının nümayişi idi. İlham Əliyev Zəfərin həndəsi dillə desək, “üçölçülü fəzada” əldə olunduğunu göstərdi. Üç ölçü-yeraltı sərvətlər-iqtisadi və enerji ehtiyatlarının elmi idarəçiliyi, müasir neft-qaz texnologiyaları, geologiya və geofizika elmi, beynəlxalq enerji diplomatiyası ölkənin hərbi-siyasi qüvvəsinə çevrildi.
Dünyada şirkətlərin 90%-i Süni İntellektdən istifadə edir, amma 67%-i hələ də pilot mərhələsindədir. Müəssisələrin 62%-i Süni İntellekt agentlərini sınaqdan keçirir, 23%-i isə onları kütləvi şəkildə tətbiq edə bilir. Ölkəmizdə müvafiq göstərici 20%-ə yaxındır. Səbəbi Süni İntellekt mütəxəssislərin çatışmazlığıdır.
Yerli ekspertlərimiz bildirir ki, kütləviləşməni artırmaq üçün Süni İntellekt arxitektura mühəndislərinin hazırlanmasına ehtiyac var. Dövlətin süni intellekt akademiyası kadr yetişdirməlisini gücləndirməlidir.
Ulu Öndər Heydər Əliyevin sovet illərində respublikamızdan kənara göndərdiyi minlərlə tələbə sonrakı illərdə milli həyatın bütün sferalarında qabaqcıl qüvvəyə çevrildilər.
Prezident İlham Əliyevin təsdiq etdiyi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili üzrə Dövlət Proqramı”nın yeni mərhələdə ölkənin texnoloji prioritetlərinə uyğunlaşdırılması vacibdir.
Ona görə də xaricə göndərilən tələbələrin əsas istiqamətləri Süni intellekt və maşın öyrənməsi, Data elmi və böyük verilənlər analitikası, Kibertəhlükəsizlik və kiber müdafiə, Rəqəmsal dövlət idarəçiliyi sistemləri, Bulud infrastrukturu və kvant hesablama və sair ola bilər.
Görünüdüyü kimi, Rusiya-Qərb qarşıdurması fonunda texnologiya embarqo və sanksiya mexanizminə, kiber silaha çevrilib.
Əgər biz data arxitekturamızı və alqoritmik müstəqilliyimizi qursaq, gələcəkdə rəqəmsal asılılığa düşməyəcəyik. Xaricdə təhsil proqramı
kadr ixracı yox, milli texnoloji təhlükəsizlik layihəsi kimi idarə oluna bilər.
Ölkəmizin ehtiyacı hazırda hüquqşünas və ya iqtisadçılardan çox, süni intellekt mühəndisi, data analitiki və kibertəhlükəsizlik mütəxəssisinədir. Əgər biz elmdə və rəqəmsal sistemlərdə “xüsusi təyinatlı” kadrlar formalaşdırsaq, Qələbəmizi gələcəyin rəqabətində qoruya biləcəyik. Xaricə göndərilən hər bir tələbə Azərbaycanın texnoloji suverenliyinin strateji investisiyası kimi qiymətləndirilməlidir.
Cənubi Qafqaz regionunda süni intellekt sahəsində regional rəqabət, əməkdaşlıq və Azərbaycanın mövqeyini müəyyənləşdirmək çox əhəmiyyətlidir.
Əvvəlki inqilablar kimi, dünyada 5-ci dalğa-Süni intellekt yalnız texnoloji yenilik deyil, iqtisadi gücün, milli təhlükəsizliyin, dövlət idarəçiliyinin və geosiyasi təsirin yeni ölçüsüdür. XXI əsrdə dövlətlərin gücü təkcə ərazi və resurslarla deyil, məlumat, alqoritm və qərarvermə sürəti ilə müəyyənləşir.
Cənubi Qafqazın üç ölkəsi-Azərbaycan, Ermənistan və Gürcüstan-eyni coğrafiyada yerləşsələr də, süni intellekt sahəsində fərqli strategiyalar, müxtəlif sürət və ayrı siyasi seçimlər nümayiş etdirir.
Azərbaycan sistemli və hüquqi çərçivəyə əsaslanan yol seçib. 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının qəbul edilməsi onu göstərir ki, dövlət Süni intellekti yalnız texnoloji trend olduğu üçün deyil, milli inkişaf aləti kimi dəyərləndirir. Ona görə də Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, müasir dünyada dövlətlərin gücü yalnız resurslarla deyil, texnologiya, innovasiya və bilik iqtisadiyyatı ilə müəyyən olunur.
Ölkə rəhbərinin yanaşmasına görə, rəqəmsal transformasiya və süni intellekt dövlət idarəçiliyinin, milli təhlükəsizliyin və gənc nəslin gələcəyinin ayrılmaz hissəsidir.
Yəni, Azərbaycan “öncə strategiya, sonra texnologiya” prinsipi ilə hərəkət edir. Belə yanaşma süni intellektdə beyin suverenliyi ideyası deməkdir. Ərazi bütövlüyünü və siyasi suverenliyini təmin edən bir ölkə qarşısına məhz texnoloji hədəfləri qoyub.
Azərbaycan tarixində heç vaxt belə bütövlük olmayıb..Biz Qərb texnologiyası və modern texnologiya ilə 21-ci əsrin müharibəsini apardıq. İndi sülh erasına keçid başlayır. ABŞ-la Strateji Xartiyanın mühüm müddəaları məhz rəqəmsal sülh strategiyasıdır.
Dünən vitse-prezident Ceyms Devid Vens prezident İlham Əliyevin tarixi liderliyinə vüsusi ehtiramını ifadə etdi.
Bir vaxtlar ölkəmizi islam fundamentalizmi ilə suçlandıran, Qarabağı Ermənistana verməyi tələb edən ABŞ liderlərindən fərqli olaraq, Donald Tramp Azərbaycanın hərbi Qələbəsinin legitimliyini 8 avqustda Ağ Ev Zirvəsində tanıdı. İndi TRİP layihəsinin gerçəkləşməsi Naxçıvanı Ana Torpaqla birləşdirəcək, dövlətimizin bütövlüyü yeni Zirvəyə çatacaq. Strateji Xartiyada Süni intellektlə bağlı fəsil və “maneəsiz bağlantı” müddəaları TRİP-in ayrılmaz parçasıdır.
Cənubi Qafqazda sülh Azərbaycan və ABŞ-ın birgə təhlükəsizlik arxitekturasıdır. Ona görə də qlobal trendlərə daha sürətlə uyğunlaşmaq tələb olunur.
Ermənistan süni intellekt sahəsində fərqli yol seçib. Orada hələ tam sistemləşdirilmiş milli süni intellekt strategiyası olmasa da, iri texnoloji layihələr və xarici dəstək üzərində qurulan model formalaşır.
Son dövrlərdə İrəvanda yüz milyonlarla dollar dəyərində AI mərkəzləri, böyük hesablama infrastrukturu, ABŞ texnologiya şirkətləri ilə sıx əməkdaşlıq təşəbbüsləri elan olunub.
Bəli, layihələr gerçəkdir. Lakin sual yaranır: texnologiyalar hansı milli strategiyaya xidmət edir, hansı hüquqi və təhlükəsizlik çərçivəsində işləyəcək?
Texnologiya özü-özlüyündə neytraldır. Onu təhlükəsiz edən dövlət nəzarəti və milli prioritetlərdir. Əks halda, texnologiya asılılıq yarada bilər.
Gürcüstan isə daha ehtiyatlı mövqedədir. Orada süni intellekt üzrə tam milli strategiya yoxdur, əsas diqqət etik prinsiplərə, insan hüquqlarına və beynəlxalq tövsiyələrə yönəlib. Müsbət yanaşmadır, lakin praktiki tətbiq və iqtisadi nəticələr baxımından geridə qalma risqi yaradır.
Proseslər fonunda ABŞ-ın rolu xüsusilə diqqətəlayiqdir. Vaşinqton Ermənistanla texnoloji və infrastruktur layihələrində fəal iştirak edir, Azərbaycanla isə strateji tərəfdaşlıq sənədlərində süni intellekt sahəsində əməkdaşlıq öhdəliyini açıq şəkildə ifadə edib. Çox mühüm məqamdır. Çünki ölkəmiz etibarlı, proqnozlaşdırılan və institusional tərəfdaş kimi qəbul olunur.
Biz süni intellekti yalnız iqtisadi alət kimi deyil, təhlükəsizlik, kibermüdafiə və informasiya suverenliyi kimi dəyərləndiririk. Müasir dövlət üçün həlledici yanaşmadır.
Süni intellekt sahəsində Türk dünyası artıq ideoloji birlikdən, mədəni yaxınlıqdan texnoloji ittifaq mərhələsinə keçir. Prosesin mərkəzində Türkiyə və Azərbaycan dayanır. TEKNOFEST təkcə startapların sərgisi deyil, texnoloji səfərbərlikdir, gəncliyin beyinlərini müdafiə sənayesinə, süni intellektə və milli texnologiyaya yönəldən ideoloji platformadır.
Azərbaycanın TEKNOFEST hərəkatında iştirakı və tədbirlərin ölkəmizdə keçirilməsi göstərir ki, biz texnologiyanı idxal edən yox, yaradan məkana çevrilmək niyyətindəyik.
Cənab Prezident bəyan edib: Səlcuq Bayraktar gənclik üçün ideal olmalıdır!
Bizə Qələbə gətirən silahın, yaxud hərbi üstünlüyün gücünü göstərən Bayraktar modeli yeni milli ideologiyadır.
Texnologiyanı milli maraqlara tabe etmək, süni intellekti dövlətə xidmətə yönəltmək, beyin köçünü yox, düşüncə suverenliyini yaratmaqdır!
Türk dünyası üçün alternativ inkişaf yolunda Azərbaycan ön cərgədədir!"
MİA.AZ
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbəri səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar
"ABŞ İranın Hörmüz boğazını bağlamaq qərarındakı qətiyyətini belə gözləmirdi" - "Tehran bu qəraı ilə Amerika və bölgə ölkələrini çaşdırıb"
Türkiyə gəmilərindən biri Hörmüz boğazından buraxıldı: "İrandan icazə aldıq və..." - "Zəngəzur dəhlizi bizi Uzaq Şərqə qədər çıxaracaq"
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir - FOTOLAR
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - SİYAHI
Sabah hava necə olacaq? - Proqnoz
May ayında neçə gün rəsmi iş olmayacaq? - Dəyişiklik
Bakıdakı bəzi universitetlər bölgələrə köçürüləcək - 4 ilə kimi
Əli Əsədov MM-də quru sərhədlərindən danışdı: "Son hadisələr bu qərarın nə qədər əsaslı olduğunu göstərir"
Xətaidə qaydanı pozan “Ferrari” duracağa yerləşdiridi - VİDEO
64 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib
Vəkil Raul Ramazanov kollegiyadan çıxarıldı
Əli Əsədov Milli Məclisdə hesabat verdi
Tramp: "İranla bağlı proses çox sürətlə irəliləyir"
Lənkəran İcra Hakimiyyətində 49 vəzifə ləğv edilib
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
İraqda hərbi bazaya dron hücumu: fransız əsgəri həlak oldu - Makron sərt bəyanat verdi
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb
Ceyhun Bayramovla Pakistan XİN başçısı telefonda müzakirə aparıb
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"
Konfrans Liqası: türk klubu doğma meydanında uduzdu
İran XİN sözçüsü: "Elə bir şəkildə onları cəzalandırmalıyıq ki..."
Laricani Trampa belə mesaj verdi: "Səhvinizin bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BƏƏ Müdafiə Nazirliyi: "İrandan atılan 10 ballistik raket və 26 PUA zərərsizləşdirilib"
Tarif Şurası dərmanlarla bağlı qərar verdi
Mauro İkardi "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi - Səbəb
Hakan Fidan Almaniya XİN başçısı ilə görüşdə İranın parçalanma planından danışdı, sərt xəbərdarlıq etdi: "Xəyala qapılmayın, hər ssenariyə hazırıq"
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ