İngiltərə Premyer Liqası: "Mançester Siti" "Liverpul"u səfərdə məğlub etdi

img

09-02-2026 [10:40]


İngiltərə Premyer Liqasının 25-ci turunda derbi keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  "Mançester Siti" 1-0 hesabı ilə geriyə düşdüyü  matçda "Liverpul"u səfərdə 2-1 hesabı ilə məğlub edib.

Məlumata görə, ilk hissə qolsuz başa çatan oyunun 74-cü dəqiqəsində "Liverpul" Dominik Şoboslainin qolu ilə hesab açsa da, "Mançester Siti" 84-cü dəqiqədə Bernardo Silvanın qolu ilə tarazılğı bərppa edib. "Siti" 90+3-cü dəqiqədə penaltidən qələbə qolunu vurub - 1:2.

Onu da qeyd edək ki, "Liverpul"un yeganə qolunun müəllifi Dominik Şoboslain 90+13-cü dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

Bu nəticə ilə "Mançester Siti" xalını 50-yə yüksəldib. "Liverpul" isə 39 xalda qalıb.

Fərid ASLAN

mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA