"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat

img

30-01-2026 [14:26]


ABŞ-ın nəhəng  texnologiya şirkətlərindən "Apple" maliyyə hesabatını açıqlayıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, hesabata əsasən, şirkətin xalis satışları üç aylıq dövrdə illik müqayisədə 16 faiz artaraq bazar gözləntilərini aşıb.

Məlumata görə, şirkətin ümumi xalis satışları bu dövrdə illik müqayisədə 16 faiz artaraq 143,8 milyard dollara yüksəlib: "Şirkətin xalis mənfəəti eyni dövrdə 42,1 milyard dollara (əvvəlki ildə 36.3 milyard olub - Ma.az) çatıb"

Xəbərdə o da deyilir ki, ötən 3 ayda şirkətin səhmi də bahalaşıb: "Hər səhm 2,4 dollardan 2,84 dollara yüksəlib".

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA