"“Betərin betəri” variantı ilə üz-üzəyik" - Redaktor

img

18-09-2014 [16:56]


""Qasid”in öz fəaliyyətini dayandırması haqda məlumat qəzetlər üçün "qara kağız” deməkdi”. 

Bunu  "Yeni Müsavat” qəzeti baş redaktorunun 1-ci müavini Azər Ayxan deyib. 

O, "Qasid” mətbuat yayımı firmasının pərakəndə qəzet satışını dayandırması xəbərini şərh edərkən deyib ki, II Dünya Müharibəsində əsgər ailələrinə göndərilən "qara kağız” adlandırılan o məşum məktublar nə demək idisə, "Qasid” kimi böyük bir mətbuat yayımı firmasının öz fəaliyyətini dayandırması barədə məlumat da "Yeni Müsavat” ailəsi və digər redaksiyalar üçün o deməkdir: ""Qasid” nə qədər pis işləsə də, qəzetlərə borclu qalsa da hər halda bir yayım firması olaraq faydalı idi, nəinki onun işini dayandırması”.

A.Ayxan daha sonra deyib: "Pis-yaxşı, dava-dalaşla da olsa onlardan satdıqları qəzetlərin pullarını qismən ala bilirdik. Düzdür, bu firma son illər redaksiyalara ciddi problem yaşadıb, qəzetlərə xeyli borcu yığılıb qalıb. Lakin hazırda biz qəzetçilər "betərin betəri” variantı ilə üz-üzəyik.

Hakimiyyət son illər bilincli olaraq qəzetlərə yayımla bağlı ciddi problemlər, qadağalar yaradıb, tətbiq edib.

Əl yayımı demək olar ki, sıradan çıxarılıb, metrodakı satışımız 1 ilə yaxındır tamamən yığışdırılıb, ən nümunəvi mətbuat yayımı firması olan "Qaya”nın köşkləri kütləvi şəkildə ixtisar edilib. Belə bir vəziyyətdə "Qasid”in də bazardan çəkilməsi qəzetlər üçün ölüm fərmanına yaxın bir şey deməkdir. Artıq qəzetləri edam səhpasına çıxarılmış məhkuma bənzətmək olar”.

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...