"Azərbaycana qarşı Gürcüstanda yeni təxribat hazırlanır" - Bəyanat

img

18-09-2014 [15:26]


Qarabağ Azadlıq Təşkilatı Gürcüstanda ermənilər tərəfindən Azərbaycana qarşı hazırlanan təxribatla bağlı ciddi narahatçılığını bildirir. 

Təşkilatdan Mia.az-a verilən məlumata görə, burada proseslərə Ermənistan vətəndaşı, "Qafqaz Sülh Təşəbbüsləri” deyilən Qeyri-Hökumət Təşkilatının rəhbəri Georgi Vanyan rəhbərlik edir. O, xeyli vaxtdır ki, "Təkəli prosesi” deyilən plan əsasında Ermənistan xüsusi xidmət orqanlarının məkrli niyyətlərini həyata keçirməyə başlayıb:

"O, bu məqsədlə Gürcüstanın Marneuli rayonu ərazisində, Təkəli kəndi ilə "Sınıq körpü” ("Qırmızı körpü”) keçid məntəqəsi arasında torpaq sahəsi alıb, həmin ərazidə "Dostluq bazarı” yaradacağını elan edib. O, ilkin olaraq 4 ha torpaq sahəsini ələ keçirmişdi, indi həmin ərazini 100 hektara çatdırmağa çalışır, bizdə olan məlumatlara görə, artıq məsələni həll edib. Bu ərazi Təkəli kəndi ilə "Sınıq körpü” sərhəd-keçid məntəqəsinin arasında yerləşir, digər tərəfdən isə Ermənistana birləşir. Artıq bu əraziyə Ermənistandan avtomobil yolunun çəkilişinə başlanılıb. Hər kəs üçün aydın olmalıdır ki, ermənilər burada "dostluq bazarı” deyil, bazar adı altında Azərbaycana qarşı təxribat və təhlükə bazası yaratmaq istəyirlər.

Ermənilər istənilən vaxt burada təxribat törədə və Gürcüstanda yaşayan azərbaycanlıların "Sınıq körpü”yə çıxışını bağlaya bilərlər. Digər tərəfdən, ermənilər buradan keçəcək "İpək Yolu” na da istənilən vaxt təhlükə yarada biləcəklər. Təəssüf ki, ermənilər bu məkrli planlarını həyat keçirmək üçün bəzi azərbaycanlılardan da istifadə edirlər. G. Vanyan və onun dəstəsi azərbaycanlıların yaşadıqları Təkəli kəndini özlərinə yuva seçiblər, toplantılarını orada keçirirlər. Onlar Ermənistan rəhbərliyinin və bəzi ermənipərəst beynəlxalq mərkəzlərin maliyyəsi ilə vaxtaşırı burada toplantılar keçirir, adamları pulla şirnikləndirərək bu prosesə cəlb edirlər. Bu toplantılarda Azərbaycandan da Zərdüşt Əlizadə, Seymur Baycan, Xamis Məsimov kimi "xadimlər” iştirak edir, bilərəkdən və ya bilməyərəkdən düşmənin niyyətlərinə, Azərbaycan üçün təhlükə mənbələrinin yaradılmasına yardımçı olurlar. Ermənilər növbəti belə bir toplantını Zərdüşt Əlizadənin və digər manqurtların iştirakı ilə sentiyabrın 21-də keçirməyə hazırlaşırlar. Bu manqurtlar başa düşmək istəmirlər ki, keçirilən toplantılar şirma, gözdən pərdə asmaqdan başqa bir şey deyil, ermənilərin niyyəti başqadır. Pul hərisliyi bu adamları ermənilərin əlində alətə çevirib. Biz bütün bunları nəzərə alaraq hesab edirik: 1. Azərbaycan hüquq-mühafizə orqanları bu faktlarla bağlı dərhal və ciddi araşdırmalar aparmalı, Azərbaycana qarşı yönəlmiş təxribatları zərərsizləşdirmək üçün təsirli tədbirlər görməlidir. 2. Azərbaycan tərəfi Gürcüstan xüsusi xidmət orqanlarının diqqətinin bu məsləyə cəlb olunması üçün addımlar atmalıdır. 3. Təkəlidə gedən proseslərin qarşısı alınmalı, ermənilərin məkrli niyyətlərinin həyata keçməsinə imkan verilməməlidir. Azərbaycandan gedib Təkəli tədbirlərində iştirak edənlərlə bağlı ölçü götürülməlidir. 4. Təkəli kəndinin əhalisi adlarının ləkələnməsinə imkan verməməli, ermənilərin orada qurduqları oyunbazlıqlara son qoymalıdır. 5. Azərbaycan və Gürcüstan dövlət, həmçinin cəmiyyət səviyyəsində birgə hərəkət etməli, erməni fitnəkarlıqlarının qarşısını vaxtında almalıdırlar".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA