Prezident Davosda - İlham Əliyev "Sülh Şurası"na üzvlüklə bağlı sənədi imzaladı - VİDEO, FOTOLAR (Yenilənib)

img

22-01-2026 [14:06]


Davosda "Sülh Şurasının Nizamnaməsi" ("Board of Peace Charter") sənədinin imzalanma mərasimi keçirilib.

Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

***

Prezident İlham Əliyev Davosda Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulması barədə sənədi imzalayıb.

Məlumata görə, imzalama mərasimində ABŞ Prezidenti Donald Tramp və onun Sülh Şurasına qoşulmaq üçün dəvətini qəbul edən ölkələrin liderləri iştirak edib.

Bununla da Azərbaycan Qəzza ilə bağlı yaradılan Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulub. Ölkəmiz Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq.

Xatırladaq ki, ABŞ Prezidenti, Sülh Şurasının sədri Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayaraq Azərbaycan Respublikasını təsisçi üzv dövlət qismində Şuraya qoşulmağa və Sülh Şurasının Nizamnaməsinə tərəf olmağa rəsmi şəkildə dəvət edib.

Prezident İlham Əliyev isə cavab məktubunda bu dəvəti Azərbaycanla ABŞ-nin qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul etdiyini bildirib.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA