Tahir Kərimlini qardaşının "əl"i ilə kimlər "vurur"? - "Partiyaya gələn bəzi adamlar var ki..."
20-01-2026 [19:21]
Sabiq deputat, Vəhdət Partiyasının keçmiş sədri Tahir Kərimli qardaşı Fəxrəddin Kərimlinin dələduzluqda ittiham olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Mia.az-ın məlumatlına görə, O, Unikal-a açıqlamasında deyib ki, hər kəs öz əməllərinə görə cavabdehdir.
"Yayılan məlumatlarla bağlı bildirmək istəyirəm ki, partiyanın Abşeron rayon təşkilatının sədri bir neçə nəfərdən dələduzluq yolu ilə pul alıb. Qardaşım Fəxrəddin həmin vaxt təşkilati məsələlər üzrə sədr müavini idi. Onu mən danladım ki, bu nə məsələdir? Qardaşım dedi ki, dələduzluq edən təşkilat sədri partiyadan xaric olunub. Eyni zamanda, cinayət məsuliyyətinə cəlb olunub və məhkəmənin qərarı ilə öz cəzasını alıb. Fəxrəddin əvvəllər rayon təşkilatlarının işlərinə baxıb, amma o demək deyil ki, dələduzluq işlərinə əli var. Əgər qardaşımın belə əməlləri olsa, əlbəttə ki, bunu mən də bəyənmərəm. Belə bir dələduzluq əməli varsa, deməli hər iki tərəf təqsirkar və cinayətkardır. Bu, birtərəfli deyil. Kimsə pul verdiyini iddia edirsə, sübut etməlidir.
Mən təxminən bildim ki, bu məlumatlar kimlər vasitəsilə yayılıb. Çünki partiyaya gələn bəzi adamlar var ki, onların hərəkətləri mənə xoş təəsürat yaratmır (Maraqlıdır, sabiq deputat kimləri nəzərdə tutur? - Mia.az). Hazırda məni ləkələmək istəyən şəxslər vaxitlə hörmət edib yüksək vəzifələrə qoyduğum adamlardır. İndi mənim əleyhimə olan hərəkətlər edirlər” - o qeyd edib.
Xatırladaq ki, Tahir Kərimli partiya sədrliyini bir vaxtlar haqqında sərt ittihamlar yayılan Aydəm İsmayılova (Sonradan adını Adəm İsmayıl Bakuviyə dəyişdirib - Mia.az) təhvil verib. Bu proses ötən ilin iyun ayında rəsmiləşib. O vaxt və ondan sonra bəzi media orqanlarında Aydəmin partiyanı Tahir Kərimlidən satın aldığı haqda da xəbərlər yayılmışdı.
Onu da qeyd edək ki, Aydəm İsmayılov Yasamalda bina tikintisində yaranmıış qalmaqalda adının hallanmasından bir müddət sonra Kənd Təsərrüfatı Nazirliyində peyda olmuşdu. Hətta onun obyektlərinin birində KTN-nin mərkəzi də yerləşdirilmişdi. Lakin sonradan Aydəm İsmayılov hansısa səbəbdən KTN-dəki vəzifəsindən də uzaqlaşdırıldı. Daha sonra isə o, bir çox media orqanlarında "publistika"dan yazılarla görünməyə başladı. Və ən nəhayət, indi o, siyasətdədir. Hazırda sədrlik etdiyi partiya bir çox media orqanları ilə anlaşaraq gündəmdə qalmağa can atır...
Aydəm İsmayılovun keçdiyi ziqzaqlı yolla bağlı araşdırmamız olacaq!
Maraqlıdır, T.Kərimli və yaxın çevrəsinin doğru və ya səhv, tez-tez "qaralanması"nın arxasında kim gizlənib?
MİA.AZ
Prezident Davosda panel iclasında: "Danmırıq ki, müstəqil ölkə olaraq bu vəziyyətdən zövq alırıq” (Yenilənib)
Hamlet İsaxanlının qızı prorektor təyin edilib
Tahir Kərimlini qardaşının "əl"i ilə kimlər "vurur"? - "Partiyaya gələn bəzi adamlar var ki..."
XİDMƏTİ MAŞIN VƏ ƏRİZƏ ALINIB, ANCAQ... - İcra başçısının köməkçisi elə addım atdı ki... (FOTOLAR)
"Fikirləşmirəm ki, “Ayntraxt”ın düşərgəsində hansısa problem var" - Qurban Qurbanov
"Ayntraxt"ın Baş məşqçisi bakıda: "Bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik"
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
Prezidentin müsahibəsi: "Beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur" - "Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir" - FOTOLAR
Ərdoğanın oğlu Gəncəyə gəlib - VİDEO
Hava Limanında sərnişinlər niyə sərt şəkildə yoxlanılır? - Ekspert "Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək?" deyir
20 Yanvar və Qərbin ikiüzlü siyasəti - TƏHLİL
"Məcəllədə yazılıb, 5 ildən bir olmalıdır" - Məzahir Pənahov MSK sədrliyindən gedəcəyi barədə suala belə cavab verdi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
"Sığorta şirkətləri bu yolla dövlətə də zərər vururlar” - Ekspertlərdən açıqlamalar
"Azərbaycan vətəndaşları orada hansısa çətinliklə üzləşəndə..." - XİN başçısı İranla bağlı sualı cavablandırdı
ABŞ səfirliyinin əməkdaşları Şəhidlər xiyabanıda - FOTO
Azərbaycan nefti 69 dollara satılır - Qiymət 1.6 dollar ucuzlaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət + Cavab (Yenilənib)
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
Kabildə gücvlü partlayış olub - Azı 10 nəfər ölüb