"Fikirləşmirəm ki, “Ayntraxt”ın düşərgəsində hansısa problem var" - Qurban Qurbanov
İDMAN
20.01.2026, 18:20
“Bu turnirin çəkisi çox ağırdır. Əsl futbol Çempionlar Liqasıdır. Avropadan gələn komandanın problemi var deyə arxayın olmaq… Bunu qəbul etmirəm. Klubda hansısa məşqçinin olmaması belə matçda onlara təsir etmir. Əksinə, onlara əlavə motivasiya verir”.
Mia.az xəbər verir ki, bu sözləri Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bugünkü mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bildirib ki, rəqibin seçimləri çoxdur: “İstənilən oyunçunu ondan da yaxşı səviyyədə əvəz edəcək futbolçu var. Bəzən belə fikirlər olur ki, biz sanki zəif komandaya qalib gələ bilmədik. Bu fikirlər futbolçulara təsir edə bilər. Onlarla danışığımız olur ki, biz rəqibin gücünü bilməliyik, rəqibə dəyər verməliyik. Fikirləşmirəm ki, “Ayntraxt”ın düşərgəsində hansısa problem var. Sadəcə işin gedişatıdır. İllər boyu belə təkrarlanır. İstər bizim liqada, istərsə də digər liqalarda belə halların şahidi olmuşuq. Bu tip klublar buna hazırdır”.
Q.Qurbanov deyib ki, klubu bir nəfər idarə etmir: “Elə sistem qurublar ki, buna hazır olduqda belə addım atırlar. Əsas məsələ odur ki, biz bir cür hazırlaşdıq, amma qarşımızda fərqli komanda görəcəyik. Həmişə istəmişəm ki, öz oyunumuzu oynayaraq, qalib gələk ki, belə hallarda hansısa problemimiz olmasın. Antalyadakı hazırlığı, düşüncəni, əminliyi meydanda göstərə bilsək, yaxşı oyun göstərə və yaxşı nəticə əldə edə bilərik. Rəqib Bundesliqa klubudur. Onlara böyük qiymət veririk. Şans varsa, niyə istifadə etməyək? Bu fikirlə oyuna fokuslanacağıq. Biz çox şey deyə bilərik, amma meydanda onları həyata keçirən futbolçularım, döyüşçülərimdir. Yaxşı, texnikalı oyuna baxa biləcəksiz. Futbolçularımı ona fokuslamışam ki, öz oyunumuzla qalib gələk. Bu cür davam etsək, qarşıdakı vaxtlarda tempi qoruyub-saxlasaq, 3 yox 5 qələbəmiz olacaq”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:23 CƏMİYYƏT
-
Zabit, gizir, miçman, MAXE... -ONLARLA BAĞLI QANUN DƏYİŞİR
Bugün, 12:19 GÜNDƏM
-
HƏRBİ PROKURORLARA ƏLAVƏ SƏLAHİYYƏT VERİLİR
Bugün, 12:09 GÜNDƏM
-
Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb
Bugün, 11:57 DÜNYA
-
Yük maşını və TIR sürücüləri İtaliyada "ayağa qalxdı": magistral yollar və Liman girişləri bağlandı - Yanacaq böhranı...
Bugün, 11:48 GÜNDƏM
-
İdarə rəisi evində qəfil vəfat edib
Bugün, 11:29 CƏMİYYƏT
-
Ağ Evin sözçüsü niyə cəmi 5 gün işlədi?
Bugün, 11:17 PRESS
-
Dövlət Neft Fondu hesabat açıqladı
Bugün, 11:10 İQTİSADİYYAT
-
Nazir bu QHT-yə 800 min manatdan çox pul ayırdı
Bugün, 10:59 İQTİSADİYYAT
-
Meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib
Bugün, 10:53 CƏMİYYƏT
-
Prodüser "toy oyunları" sirrini açdı: "Məsələn, toy sahibi Nəzpəri Dostəliyevanı dəvət etmək istəyir, ona deyirlər ki..."
Bugün, 10:39 ŞOU-BİZNES
-
ZƏRƏRÇƏKƏNLƏ BARIŞIQ CƏZADAN AZAD EDİR? - Ali Məhkəmə izahat yaydı
Bugün, 10:35 CƏMİYYƏT
-
Azərbaycan nefti 118 dollara satılır
Bugün, 10:25 İQTİSADİYYAT
-
DƏMİR YUMRUQ: Öz nəğməsini oxuya bilməyən xalqa başqaları ağı dedirdər - Kəbutər Hakverdi yazır
Bugün, 10:18 YAZARLAR
-
ABŞ Ukraynanı yarıyolda qoyub: "Təəssüf ki, yerinə yetirilməyən siyasi razılaşmalar var"
Bugün, 10:04 GÜNDƏM
-
“Kupça”sız evə bu yolla sənəd almaq olar
Bugün, 09:48 CƏMİYYƏT
-
Bakı və Abşeronda külək güclənib
Bugün, 09:35 GÜNDƏM
-
Emin Milli Hikmət Hacıyevin qəbulunda olub: “Görüş zamanı..." - FOTO
Bugün, 09:35 SİYASƏT
-
Pakistandan Səudiyyə Ərəbistanına dəstək mesajı: "Biz burada "əgər" və ya "amma" kimi sözlərin arxasına sığınmayacağıq"
Bugün, 09:34 DÜNYA
-
Tanju Özcan bəraət tələb etdi: "Evdə suya və sabuna toxunmadan pişik kimi oturacağam"
Bugün, 09:26 SİYASƏT
-
Türkiyədə deputatın oğlu həbs edildi - Milyonlarla avroluq ittiham var
Bugün, 09:21 SİYASƏT
-
Fəlsəfə doktoru imtahanları üçün qeydiyyat başlayıb
Bugün, 09:17 CƏMİYYƏT
-
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi "qaynayır", Əsasnamə təsdiqləndi, yeni rəhbər indidən "fırtına" yaradıb: 20 işçidən 5-i vəzifədə qalacaq, onlar kimlərdir? (SİYAHI)
Bugün, 09:05 GÜNDƏM
-
"Beşiktaş"ın səfər oyunu kabusu davam edir
Bugün, 09:00 İDMAN
-
UEFA "Qalatasaray"ın "Lill"lə oyunun təxirə salınma tələbini rədd etdi
Bugün, 00:53 İDMAN
-
Hülya Avşar: "Bu kitabını qapatdım"
Bugün, 00:05 MƏDƏNİYYƏT
-
Super Liqasının 8-ci turu "qapandı": ilk "5-lik"də gərgibn mübarizə gedir
Bugün, 00:02 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Ronaldo cəzalandırıldı
19.10.2026, 23:37 İDMAN
-
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi - Salah tarix yazır
19.10.2026, 23:27 İDMAN
-
Leyla Əliyeva Türkmənistanda - FOTOLAR (Yenilənib)
19.10.2026, 22:08 GÜNDƏM
-
Azercell-in yubiley lotereyasında Fakturasız xətt abunəçiləri üçün hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır!
19.10.2026, 21:21 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev: "Sülh hələ də kövrəkdir, onu qorumaq və..." - VİDEO
19.10.2026, 21:12 GÜNDƏM
-
Kürəkəni həbs olunan nazir müavini istefaya göndərildi
19.10.2026, 19:06 SİYASƏT