Prezident İlham Əliyev Davosda: yeni görüşlər olub - FOTOLAR (YENİLƏNİB)
20-01-2026 [16:16]
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.
Mia.az xəbər verir ki, söhbət zamanı ölkəmizlə AYİB arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olundu, bankın Azərbaycanda bir sıra uğurlu layihələr icra etdiyi bildirildi. Bu xüsusda bank tərəfindən ölkəmizin bir sıra bölgələrində, o cümlədən Gəncədə və Şəkidə su sektorunda müxtəlif layihələrin həyata keçirilməsi qeyd edildi, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı çərçivəsində qəbul olunmuş layihələrin maliyyələşdirilməsi ilə bağlı müzakirələr aparıldı.
Görüşdə, həmçinin bərpaolunan enerji sektorunda fəaliyyətin, Naxçıvanın nəqliyyat sisteminin yenilənməsinin, ölkəmizin ayrı-ayrı bölgələrində məişət tullantılarının zərərsizləşdirilməsi layihələrinin maliyyələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Söhbət zamanı Azərbaycanda bank sektoru, həmçinin sahibkarlığın inkişafı, yerli və xarici iş adamları üçün səmərəli investisiya mühitinin yaradılması istiqamətində dövlət tərəfindən həyata keçirilən işlərdən danışıldı.
***
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.
Mia.az xəbər verir ki, Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Salamlara görə minnətdarlığını bildirən dövlət başçısı onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş edib.
Söhbət zamanı Məsrur Bərzaninin Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə görüşləri məmnunluqla xatırlanıb.
Görüşdə iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
***
Yanvarın 20-də Davosda Prezident İlham Əliyev dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan Amerika Birləşmiş Ştatlarının “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ilə görüşüb.
Dövlət başçısı Azərbaycan Respublikası Dövlət Neft Fondu və ölkəmizin digər qurumları ilə “J.P. Morgan” arasında mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətinə toxunaraq, bunun uzunmüddətli xarakter daşıdığını və qarşılıqlı etimada əsaslandığını vurğulayıb.
Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini yüksək qiymətləndirən Ceymi Daymon ölkəmizdə sabit investisiya mühitinin olduğunu deyib. O, həmçinin Azərbaycanın ardıcıl maliyyə siyasəti həyata keçirdiyini qeyd edib. Ceymi Daymon rəhbərlik etdiyi şirkətin Dövlət Neft Fondu ilə uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu tərəfdaşlığın möhkəm institusional əsaslara söykəndiyini və onun daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə qlobal maliyyə bazarlarında mövcud vəziyyət, beynəlxalq investisiya mühiti və makroiqtisadi çağırışlar ətrafında fikir mübadiləsi aparılıb, qlobal iqtisadi proseslər fonunda institusional investorlar üçün formalaşan imkanlar və uzunmüddətli əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, idarə etdiyi aktivlərin həcmi 4 trilyon ABŞ dollarından çox olan “J.P. Morgan” şirkəti bankçılıq, investisiya və aktivlərin idarə olunması sahələrində fəaliyyət göstərir. Tarixi 200 ildən artıq dövrü əhatə edən şirkət hazırda dünyanın ən böyük və şaxələndirilmiş maliyyə institutları sırasında yer alır.






Sabiq deputat bacısı oğlunun həbsini istəyir - TƏFƏRRÜAT
Ali Məclis deputatlarının köməkçiləri olacaq
Sabiq baş nazirdən Ədliyyə nazirinin təyinatına reaksiya: "Ona "Əlini çək, dostum" deməliydin..."
Qəbul imtahanları: qeydiyyat prosesi başlayıb
Bakının məşhur restoranlarında fantastik iftar qiymətləri - Siyahı
Media nümayəndələri üçün yeni mükafat təsis olunub
"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti" ötən il 5 520 müraciət qəbul edib
Türkiyədə yeni syasi ittifaq yaranır - Ərbakan anons verdi
Mingəçevirdə 11-ci sinif şagirdi məktəb pəncərəsindən yıxıldı
Ali Məhkəmədən daha bir vahid qərar: "Şəxsin "WhatsApp" yazışmaları izlənilə bilməz"
AFFA bəzi klub və futbolçuları cəzalandırıb
İnşaat Kollecinə direktor təyin olunub
YAP növbəti qurultayı gələn ay keçiriləcək - Nələr gözlənilir?
Anar Ələkbərov Xalq şairini evində ziyarət edib - FOTOLAR
Cüdo texnikaları üzrə imtahan keçiriləcək
Azərbaycan millisinin heyəti açıqlandı
Sabah hava necə olacaq? - Proqnoz
Perunun müvəqqəti prezidenti vəzifədən kənarlaşdırılıb - Çinə görə
Bəstəkarlar İttifaqının sədri: “3600 manat təqaüd alır, 5 manatı gətirib vaxtında vermir” - VDEO
Azərbaycan nefti 1.4 dollar ucuzlaşdı
Tahir Budaqov rektorlarla görüşdü - FOTO
Agentliyin əməkdaşı minaya düşdü - Xocalıda
İlham Əliyev Qambiya prezidentinə məktub göndərdi - MƏTN
ZAUR ƏLİYEV GEDİR, NAZİR MÜAVİNİ YERİNƏ GƏLİR: bir müddət sonra isə... - Səhiyyədə böyük dəyişiklik planı
Sabahdan Ramazan ayı başlayır
Daha 17 itkin-şəhidi dəfn olunacaq - FOTOLAR
DYP sürücülərə texniki baxışla bağlı - XƏBƏRDARLIQ
Plastik cərrahların sayı artırıldı - SİYAHI
ABŞ blokadaya aldı, Kubada həyat iflic oldu: yanacaq, qida və turizm böhranı dərinləşir
Rusiyada nazir və köməkçisi həbs olunub - Korrupsiya ittihamı ilə
WUF13: vahid əməliyyat koordinasiya mexanizmi işə salınacaq
"Yuventus"un baş məşqçisi: "Bu qolların qisasını almaq istəyirik"
Türkiyədə kriminal dəstələrə qarşı əməliyyat: 37 nəfər saxlanılıb
TƏBİB-də yoxlama başlayır? - Vüqar Qurbanovun həbs təhlükəsi yaranıb, xeyli kadr isə yol üstədir
TƏBİB "silkələnir" - Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru da gedir?
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO