Tahir Kərimlini qardaşının "əl"i ilə kimlər "vurur"? - "Partiyaya gələn bəzi adamlar var ki..."

img

20-01-2026 [19:21]


Sabiq deputat, Vəhdət Partiyasının keçmiş sədri Tahir Kərimli qardaşı Fəxrəddin Kərimlinin dələduzluqda ittiham olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Mia.az-ın məlumatlına görə, O, Unikal-a açıqlamasında deyib ki, hər kəs öz əməllərinə görə cavabdehdir.

"Yayılan məlumatlarla bağlı bildirmək istəyirəm ki, partiyanın Abşeron rayon təşkilatının sədri bir neçə nəfərdən dələduzluq yolu ilə pul alıb. Qardaşım Fəxrəddin həmin vaxt təşkilati məsələlər üzrə sədr müavini idi. Onu mən danladım ki, bu nə məsələdir? Qardaşım dedi ki, dələduzluq edən təşkilat sədri partiyadan xaric olunub. Eyni zamanda, cinayət məsuliyyətinə cəlb olunub və məhkəmənin qərarı ilə öz cəzasını alıb.  Fəxrəddin əvvəllər rayon təşkilatlarının işlərinə baxıb, amma o demək deyil ki, dələduzluq işlərinə əli var. Əgər qardaşımın belə əməlləri olsa, əlbəttə ki, bunu mən də bəyənmərəm. Belə bir dələduzluq əməli varsa, deməli hər iki tərəf təqsirkar və cinayətkardır. Bu, birtərəfli deyil. Kimsə pul verdiyini iddia edirsə, sübut etməlidir. 

Mən təxminən bildim ki, bu məlumatlar kimlər vasitəsilə yayılıb. Çünki partiyaya gələn bəzi adamlar var ki, onların hərəkətləri mənə xoş təəsürat yaratmır (Maraqlıdır, sabiq deputat kimləri nəzərdə tutur? - Mia.az). Hazırda məni ləkələmək istəyən şəxslər vaxitlə hörmət edib yüksək vəzifələrə qoyduğum adamlardır. İndi mənim əleyhimə olan hərəkətlər edirlər” - o qeyd edib.

Xatırladaq ki, Tahir Kərimli partiya sədrliyini bir vaxtlar haqqında sərt ittihamlar yayılan Aydəm İsmayılova (Sonradan adını Adəm İsmayıl Bakuviyə dəyişdirib - Mia.az) təhvil verib. Bu proses ötən ilin iyun ayında rəsmiləşib. O vaxt və ondan sonra bəzi media orqanlarında Aydəmin partiyanı Tahir Kərimlidən satın aldığı haqda da xəbərlər yayılmışdı.

Onu da qeyd edək ki, Aydəm İsmayılov Yasamalda bina tikintisində yaranmıış qalmaqalda adının hallanmasından bir müddət sonra Kənd Təsərrüfatı Nazirliyində peyda olmuşdu. Hətta onun obyektlərinin birində KTN-nin mərkəzi də yerləşdirilmişdi. Lakin sonradan Aydəm İsmayılov hansısa səbəbdən KTN-dəki vəzifəsindən də uzaqlaşdırıldı. Daha sonra isə o, bir çox media orqanlarında "publistika"dan yazılarla görünməyə başladı. Və ən nəhayət, indi o, siyasətdədir. Hazırda sədrlik  etdiyi partiya bir çox media orqanları ilə anlaşaraq gündəmdə qalmağa can atır...

Aydəm İsmayılovun keçdiyi ziqzaqlı yolla bağlı araşdırmamız olacaq!

Maraqlıdır, T.Kərimli və yaxın çevrəsinin doğru və ya səhv, tez-tez "qaralanması"nın arxasında kim gizlənib? 

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA