Bakıda ana qızını bıçaqladı

img

14-01-2026 [18:08]


Bakının Sabunçu rayonu Ramana qəsəbəsində qadın bıçaqlanıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, bu gün saat 11:00 radələrində hadisə ilə bağlı çağırış qeydə alınıb.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Yardım briqadası tərəfindən 1 nəfər (qadın) bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü F.Vəliyeva saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

“Teleqraf”ın məlumatına görə, xəsarət alan 1985-ci il təvəllüdlü S.Kazımova anası tərəfindən bıçaqlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 14.01.2026

Sabah qar yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA