Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

img

08-01-2026 [10:30]


Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb.

Mia.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər.

Tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini 45 yaşlı Emil Xəlilov saxlanılıb.

Ondan ümumilikdə 14 kiloqram 815 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb. E.Xəlilovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA