"Beşiktaş" daha bir futbolçu ilə vidalaşdı

img

08-01-2026 [09:00]


"Beşiktaş"da daha bir futbolçu ilə vidalaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub 32 yaşlı norveçli sağ cinah müdafiəçisi Jonas Svenssonla yollarını ayırıb.

Bu barədə açıqlama yayan klub rəhbərliyi ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, bu mövsüm "Beşiktaş"da 10 rəsmi oyun keçirən Svensson cəmi iki məhsuldar ötürmə ilə yadda qalıb.

Onu da qeyd edək ki, klub buna qədər qapıçı Mert Günok və Qabriel Paulista ilə da xudafizləşib.

Yonas Svenssona gəldikdə, onun Norveçinı "Rusenborq" komandasıyla müqavilə imzalayacağı gözlənilir.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA