Lənkəranda məzar daşını sındıran şəxs həbs edildi

img

07-01-2026 [15:03]


Lənkəran rayonunda qəbiristanlıqlardan birində qəbir daşının qəsdən sındırılması barədə polisə müraciət daxil olub.

Mia.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 59 yaşlı Fuad Təbibzadə müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxs qəbir daşının üzərindəki şəkli məzarlıq üçün uyğun görmədiyi üçün gecə saatlarında qəsdən sındırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA