İspaniya Baş naziri: "Ölkələrinın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz"

img

06-01-2026 [09:11]


 "Ukrayna, Qəzza, Venesuela və Danimarkanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İspaniyanın Baş naziri Pedro Sançez deyib.

O bildirib ki, bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət qorunmalıdır: "İspaniya BMT prinsiplərinə daim fəal şəkildə sadiq qalacaq".

Baş nazir ölkəsinin Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəy olduğunu da dilə gətirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Venesuela və Danmarkanın Qrenlandiya bölgəsinin çox strateji ərazi olduğuunu və bu səbəbdən hər iki ölkəyə ərazi iddiası irəli sürüb. Rusiya Ukraynaya, İsrail isə Qəzzada Fələəstin ərazisinə iddialıdır.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA