İran XİN başçısından Trampın hədəsinə reaksiya: "O, cəngəllik qanunundan danışır"

img

06-01-2026 [00:21]


"Tramp güc dilindən istifadə edərək sülhdən danışır. Əslində isə o, cəngəllik qanunundan bəhs edir. Tramp kimin daha çox gücü varsa, istədiyini edə bilər prizmasına üstünlük verir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın İrandakı aksiyaları nəzərdə tutaraq Tehran rejimini hədələməsinə cavabda deyib.

Nazirİran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclasından sonra jurnalistlərin Trampın etirazçılara güc tətbiq olunduğu halda İranı cəzalandırmağa hazır olmaları barədə bəyanatını qəbuledilməz sayıb: "ABŞ-ın hazırkı yanaşması İkinci Dünya Müharibəsindən sonra formalaşmıç beynəlxalq instututlar və qanunların sarsılmasını göstərir"

Xatırladaq ki, ötən gün Donald Tramp İrandakı etirazlarla bağlı Tehran rejiminə xəbərdarlıq edib: “Əgər etirazçıları öldürsəniz, ABŞ-dan ağır zərbə alacaqsınız. Biz İrandakı hadisələri yaxından izləyirik”.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA