Azərbaycan bu ölkələrdən heyvan və quş ətinin gətirilməsinə qadağanı ləğv edib

Azərbaycan bu ölkələrdən heyvan və quş ətinin gətirilməsinə qadağanı ləğv edib

CƏMİYYƏT

05.01.2026, 13:20

Azərbaycan bir sıra ölkələrdən heyvan və quş ətinin gətirilməsinə qoyulan qadağanı ləğv edib.

Mia.az Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadla xəbər verir ki, Monqolustanın Süxbaatar və Dornod vilayətlərində xırdabuynuzlu heyvanların çiçək və nodulyar dermatit xəstəlikləri, Fələstinin Tubas, Hevron əyalətlərində, həmçinin Çinin Quanqsi-Çjuanq muxtar rayonunda dabaq, Slovakiyanın Nitra diyarında isə yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına əsasən, qeyd olunan ərazilərdə xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

AQTA Azərbaycan ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə sözügedən regionlara tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR