"Türkiyə nüvə dövləti olmalıdır”

img

16-09-2014 [14:09]


"Qardaş Türkiyə dövləti nüvə dövləti olmalıdır. Bu gün Türkiyə dünyada nüfuzlu dövlət olmaq istəyirsə, mütləq nüvə dövlətinə çevrilməlidir. 75 milyondan artıq bir dövlətin nüvə dövlətinə çevrilməsi, həm də dövlətin təhlükəsizliyinin təminatıdır” bu fikirləri mətbuata BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, Türkiyənin Qərbdən və qonşu ölkələrin təzyiqindən qurtulmağın yeganə yolu budur:” Bu gün hansı dövlətin əlində nüvə varsa, Qərb o dövlətlə "hörmətlə” danışır. Onun dövlət maraqlarına zərbə vurmağa ehtiyat edir. Artıq Ukrayana rəsmiləri də nüvə dövləti olmaq haqqında düşünürlər və bu istəklərini dilə gətirirlər. Fikirləşirlər ki, bu vasitə ilə Rusiyanın təzyiqini azalda bilərlər. Hal-hazırda indiki vəziyyətdə Türkiyəyə Qərb istənilən vaxt istədiyi oyunu onun başına aça bilər, ondan ikinci bir Liviya və ya Suriya düzəldə bilər. Hal-hazırda Türkiyə öz gücündən böyük görsənməyə çalışır və bunun da əslində ölkəyə çox böyük zərəri dəyir. Türkiyənin İsraillə bağlı son hadisələrinə nəzər yetirək. Türkiyə vətəndaşlarını qətlə yetirdilər, heç nə edə bilmədin. İqtisadi əlaqələri belə kəsməyə gücün çatmadı. Səfiri geri çağırıb , təzədən İsrailə qaytardın”. Niyaməddin Orduxanlı Türkiyənin nüvə dövləti olmağının mümkünlüyündən də danışıb:” AKP hakmiyyəti ağıllı siyasət apara bilsə, ölkə daxili müxalifətlə münasibətlərində yumşaltma etsə, yersiz təkəbbür aradan qalxsa, yaranmaqda olan şəxsiyyətə pərəstiş dayandırılsa ağıllı siyasət nəticəsində Türkiyə günlərin bir günü nüvə dövləti ola bilər. Yəni bu istiqamətdə işlərin görür, dinc məqsədlərlə nüvə reaktorları qurur və texnologiyaları əldə etdikdən sonra Azərbaycan, Pakistan və digər türk respublikalarının köməyi ilə Türkiyə bunu edə bilər. Təbiiki ki, Azərbaycan qardaş Türkiyənin nüvə dövləti olmasında istənilən köməyini edə bilər.”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA