"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir

img

26-12-2025 [12:16]


"Azercell" rəqəmsal əyləncə sahəsində istifadəçi təcrübəsini daha da zənginləşdirərək "Kinon" tətbiqinin "Android" əməliyyat sistemi üçün tam yenilənmiş, daha müştəriyönümlü həllini təqdim edib.

Mia.az xəbər verir ki, yenilənmə çərçivəsində tətbiqin funksionallığı əhəmiyyətli dərəcədə genişləndirilib və istifadəçi ehtiyacları nəzərə alınaraq daha rahat və çevik istifadə imkanları yaradılıb.

İndi təkmilləşdirilmiş "Kinon" tətbiqində məzmun daha sürətli yüklənir, videolar daha stabil və axıcı şəkildə izlənilir. Yenilənmiş interfeys müasir dizayn prinsiplərinə uyğun olaraq hazırlanıb, yaddaş və batareya optimizasiyası isə mobil cihazların resurslarından daha səmərəli istifadəni təmin edir.

"Kinon" tətbiqi istifadəçilərə eyni anda 260-dan çox yerli və xarici TV kanalını izləmək imkanı yaradır. Bundan əlavə, "Premier", "Viju" və "Wink" kimi beynəlxalq onlayn kinoteatrlar da bir platformada birləşdirilib.

Yenilənmiş "Kinon" tətbiqi artıq "Android" üçün "Google Play" mağazasında əlçatandır: https://onelink.to/3gnet5

Ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/digital-solutions/kinon-plus.html


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:53 26.12.2025

Bu rayonlara qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA