Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir

Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir

CƏMİYYƏT

24.12.2025, 16:40

Bakıda iki təhsil müəssisəsinə - 135 və 244 nömrəli məktəblərə bir şəxsin – Şəfa Qurbanovanın direktor təyin olunması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Şəfa Qurbanova 244 nömrəli məktəbə 3 ay müddətinə təyinat alıb: "Bakı şəhəri 135 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Şəfa Qurbanovaya 5 dekabr 2025-ci il tarixindən 3 ay müddətinə 244 nömrəli tam orta ümumtəhsil məktəbinin vakant olan direktoru vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası həvalə edilib”.

Məsələ ilə bağlı ilkin məlumatı “Unikal.az” saytı yayıb. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR