Qaçan da "Allah" deyir, qovan da "Allah" deyir

img

15-09-2014 [14:02]


Bütün haqsızlıqlar sənin adınla sırınır dünyaya, Allahım..!

 

 

Yaşlılarımız həmişə deyərdilər: Qaçan da "Allah" deyir, qovan da "Allah" deyir! Çox mənalı ibarə, atalar sözüdür. Ta qədimdən bütpərəstlər də, təhrif olunmuş dinlər də, həqiqi din mənsubları da bir biri ilə "Allah" üstündə döyüşmüşlər.

İbrahim (ə) bütləri qıranda bütpərəstlər etiraz etmişlər ki, rəblərimizlə işin olmasın. Xristian, yəhudi, İslam (ın qatı təriqətlərində) və digər dinlərdə savaşların səbəb-məqsədi "Allah” fenomeni olub. Səlib yürüşündən tutmuş, hazırkı yəhudi-fələstin müharibəsinədək.

 

Əlbəttə ki, sadalasaq, çox çəkər. Babəki şaqqalayanlardan tutmuş, Vazgenə qədər..! Yeziddən tutmuş Nəsimini soyanlara qədər..! ABŞ-ın Əfqanıstanda, İraqda "Allah”ını axtarmasından tutmuş, Myanmarda bütpərəstlərin müsəlmanları yandırmasına qədər..!

 

İndi də Ərəb dünyasında bu atalar sözünü yerində işlətmək olar. Çünki terrorçu da "Allah" deyir, terrora məruz qalan da "Allah" deyir. Suriyada, İraqda uşaq, qoca-qarı başları "bi ismi şeytan” deyil, "Allahu-Əkbər” adı ilə kəsilir.

 

Allah, Allah..! Göstər gücünü! Göndər canişinini. Cümə günüdür bu gün! Bütün haqsızlıqlar sənin adınla sırınır dünyaya, Allahım..!

Əfv et məni, əgər küfrə daldımsa! Sən Ən Böyüksən!

 

 

Vüsal Hətəmov

Xüsusi olaraq İslam.az saytı üçün


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...