“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
İQTİSADİYYAT
19.12.2025, 11:55
Bəlkə də Hayme Teyşeyra çox yüksək maaşla “Bravo”ya səmərəli endirim siyasəti yürütmək üçün dəvət edilib, lakin fakt ondan ibarətdir ki, cənab Teyşeyra bunun əksini başarıb…
Son iki il müddətində “Bravo” Marketlər Şəbəkəsinin fəaliyyətində bir sönükmə müşahidə olunur. Şəbəkənin marketlərinə girərkən, bu, ilk növbədə diqqəti cəlb edir. Belə ki, son zamanlar marketlərdə alıcıların azlığı, çeşidlərin günü-gündən azalması və artan qiymətlər fonunda xidmət səviyyəsinin aşağı düşməsi müşahidə olunur.
Halbuki, 2016-cı ildə bir marketlə bazara girən “Bravo” çox böyük sürətlə supermarketlər zəncirinə çevrilməyi başarmışdı. Hazırda isə “Bravo” Marketlər Şəbəkəsinin Bakıdada və bir sıra regionlarda 130-dan artıq müxtəlif ölçülü mağazaları fəaliyyət göstərir.
Əgər 2017-ci ildən 2022-ci ilə qədər Bakıda heç bir marketlər şəbəkəsi “Bravo” ilə rəqabətə dözə bilmirdisə, indi bunun əksi baş verməkdədir. Xüsusilə “Araz”, “Bazarstore” “MegaStore”, “Tamstore” kimi marketlər şəbəkəsi artıq bir çox sahələrdə “Bravo”nu arxada buraxmaqdadır. Son zamanlar “Bravo”larda alıcıların kəskin azalması da açıq şəkildə görünür. Əvvələr alıcılarla dolu olan marketlərdə indi alıcılar çox seyrək olur. Hətta bir saat ərzində cəmi bir neçə alıcının marketə daxil olduğunu da müşahidə etdik. Bu isə təbii ki, “Bravo”nun fəaliyyətində nələrinsə düzgün getmədiyinin göstəricisidir.
Xidmət səviyyəsi
Öncəliklə qeyd edək ki, son il yarımda “Bravo” Marketlər Şəbəkəsində xidmət səviyyəsinin kəskin şəkildə aşağı düşməsi müşahidə olunur. Əvvələr hər bir şöbəyə bir-iki adam xidmət göstərdiyi halda, hazırda bir neçə şöbəyə bir işçi xidmət göstərir. Bu hal xüsusilə “Koroğlu”dakı və Əhmədlidəki hipermarketlərdən başqa bütün filiallarda müşahidə olunur. Kassalarda da eyni vəziyyət yaşanır ki, bu da alıcıların narazılığını artırır. Hər hansı bir şöbədən alver etmək istəyən, ya da aldığını tərəziyə qoymaq istəyən alıcı uzun müddət əməkdaşın gəlməsini gözləyir. Mallar barədə məlumat almaq da indi çox çətindir. Çünki ətrafda demək olar ki, işçi gözə dəymir, gözə dəyəndə isə, ümumiyyətlə məlumat verə bilmirlər. Bütün bunlar isə müştəri məmnuniyyətini aşağı salan və alıcıları bu marketlər şəbəkəsindən uzaqlaşdıran əsas faktorlardır.
Sıravi işçilər əməklərinin müqabilidə çox az maaş alırlar
Ayrı-ayrı marketlərdə bizim müraciət etdiyimiz işçilərdən bir neçəsi “Bravo”da çalışanlara həddən artıq aşağı səviyyədə maaş verildiyini bildirdilər və bu üzdən də işçilərin işdən getdiklərini qeyd etdilər. Öyrəndik ki, “Bravo”larda çalışan sıravi işçilər minimum əmək haqqından cüzi artıq maaş alırlar və bunun müqabilində az qala 12 saat işləməli olurlar.
Qeyd edək ki, bundan əvvəl yayılan və dedi-qodu xarakterli bir xəbərdə bildirilirdi ki, “Bravo” rəqabətdə olduğu digər marketləri işçilərə daha yüksək maaş verməkdə ittiham edib və onlardan maaşları endirməyi də tələb edib. Təbii ki, bu məlumatın nə qədər doğru olduğunu iddia edə bilmərik, amma görünən odur ki, yüksək qiymətlərin hökm sürdüyü “Bravo”da əməyin dəyərləndirilməsi çox aşağı səviyyədədir.
“Bravo”da çeşidlərin azalması müşahidə olunur
Əvvələr “Bravo” Marketlər Şəbəkəsi digər marketlərlə müqayisdə alıcılara daha geniş çeşidlər təqdim etməsi ilə seçilirdi. Lakin hazırda “Bravo”larda çeşidlər azalır, bəzi şöbələr isə ümumiyyətlə bağlanır. Marketlərə girərkən sönüklük ilk baxışda diqqəti cəlb edir.
Yüksək qiymətlər
“Bravo”lardakı qiymələr digər marketlərə nisbətən 5-10% faiz yüksəkdir. Əvvəllərdə “Bravo”da qiymətlər digər marketlərlə nisbətdə 5-6 faiz yüksək idi, lakin yüksək xidmət, müştəri məmnuniyyətinə daha çox önəm verilməsi bu nisbəti bir qədər yumşaldırdı. İndi isə qiymətlərin daha da artması fonunda xidmət səviyyəsi demək olar ki, sıfırlanıb və bu da alıcıları digər marketlərə yönəldir.
Alıcıların əsas şikayəti nədəndir?
Sosial şəbəklərdə alıcılar əsasən “Bravo”da yüksək qiymətlərdən və piştaxtadakı qiymətlərlə kassadakı qiymətlər arasındakı fərqlərdən şikayət edirlər. Xüsusi ilə piştaxtalardakı qiymətlərin kassadakı qiymətdən fərqli olması alıcıların ən çox şikayət etdiyi problemdir.
Xatırladaq ki, bu problem demək olar ki, bütün marketlərdə var. Amma “Bravo”da son zamanlar bu problem daha çox yayğınlaşıb. Adətən belə problemlər endirimli mallarda yaranır. Piştaxtada endirimli qiymət göstərilsə də, kassada bu endirim əsasən nəzərə alınmr. Alıcı etirazını bildirdikdə isə bildirilir ki, dünən axşam endirim ləğv olunub, piştaxtadakı qiyməti dəyişməyi isə işçilər unudub.
Qeyd edək ki, bu cür halalr davamlı olaraq təkrarlanır və əsasən alıcını həvəsləndirirək aldatmağa hesablanır. Bu isə istehlakçının hüquqlarının bilərəkdən kobud şəkildə pozulması anlamına gəlir və hüquqi məsuliyyət yaradır.
Bəs “Bravo”nun sönükməsinin səbəbi nədir və səbəbkarları kimlərdir?
Qeyd edək ki, yuxarıda söylədiyimiz problemlərin əsas hissəsi “Bravo”da 2023-cü ilin sonlarından yaranmağa başlayıb. 2023-cü ilin sonlarına qədər isə “Bravo” rəqabətə ən çox dözümlü şəbəkə kimi tanınrdı və bu şəbəkə ilə rəqabət aparmaq doğrudan doğruya çox çətin idi. Amma 2020-ci illərin başlanğıcında “Araz” Marketlər Şəbəkəsi genişlənməyə və doğrudan “Bravo” Marketlər Şəbəkəsi ilə rəqabət aparmaq gücünə sahib oldu. 2023-cü ilin sonlarına qədər bu rəqabət demək olar ki, bərabər tərəflərin mübarizəsi idi. Lakin 2023-cü ildən sonra “Bravo” Marketlər Şəbəkəsində bir qürub müşahidə olunmağa başladı ki, bu qürubun hazırda özünün ən sürətli fazasında olduğunu deyə bilərik.
Bu həmin dönəm idi ki, “Bravo” Marketlər Şəbəkəsinin idarə olunması Hayme Teyşeyraya həvalə olundu. Biz əlbəttə ki, “Bravo” Marketlər Şəbəkəsinin daxili siyasətinə, xüsusən də idarəetmə siyasətinə müdaxilə etmək fikrindən çox uzağıq. Amma qeyd etməliyik ki, “Bravo” Marketlər Şəbəkəsinin artıq hiss olunan çöküşü məhz Hayme Teyşeyranın “Bravo” Marketlər Şəbəkəsinə baş icraçı direktor təyin olunmasından sonra başlayıb. Biz deyə bilmərik ki, çöküşün əsas səbəkarı məhz cənab Hayme Teyşeyradir. “Bravo”nun ən təpəsində nələrin baş verdiyini də bilmirik, amma onu deyə bilərik ki, Hayme Teyşeyranın təyinatı “Bravo” Marketlər Şəbəkəsinin zəifləməsi ilə üst-üstə düşür.
Xatırladaq ki, əslən ispan olan cənab Hayme Teyşeyra bundan əvvəl Avropanın ən tanınmış marketinq üzrə top-menecerlərindən biri olub. Onun haqqında məlumat qıtlığı olsa da, Hayme Teyşeyra peşəkar CEO kimi tanınır. Karyerasının əsas yüksəlişini “Lidl” şəbəkəsində əldə edib. Marqlıdır ki, onun yüksək ixtisaslı top-menecer kimi tanınması məhz “Lidl” şəbəkəsində yaratdığı endirimli qiymətlər fonunda baş verib.
Bəlkə də Hayme Teyşeyra çox yüksək maaşla “Bravo”ya məhz “Araz” marketlə başlayan kəskin rəqabət fonunda səmərəli endirim siyasəti yürütmək üçün dəvət edilib, lakin fakt ondan ibarətdir ki, Hayme Teyşeyr bunun əksini başarıb… Həm də təkcə endirim məsələsində deyi, xidmət səviyyəsində, müştəri məmnuniyyətində və digər sahələrdə də əks nəticələr əldə edib.
Maraqlıdır ki, Bravo” Marketlər Şəbəkəsinin digər yönəticiləri, Kommersiya direktoru Voytseh Benn, Marketinq direktoru rektorları Evan MakMahon və Əməliyyat direktoru Luçiana Spataru haqqında açıq resurslarda məlumat tapmaq mümkün deyil. Bravo” Marketlər Şəbəkəsinin daxilində nələrin baş verdiyini və onların yaranmış vəziyyətdə rollarının nədən ibarət olduğunu da bilmirik. Amma müşahidələr göstərir ki, Bravo” Marketlər Şəbəkəsi süqutq doğru gedir…
Qeyd edək ki, Bravo” larda yaranmış vəziyyətlə bağlı Marketlər Şəbəkəsinə sorğu ünvanladıq. Müəyyən vaxt keçməsinə baxmayaraq, sorğumuza cavab ala bilməmişik. Bütün hallarda Bravo” Marketlər Şəbəkəsinin mövqeyini dərc etməyə hazırırq.
Poliqon.info
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Elnur Məmmədov ABŞ-ın Ermənistandakı diplomatı ilə nəyi müzakirə edib? - AÇIQLAMA + FOTO
Bugün, 19:01 SİYASƏT
-
Bakıda 46 yaşlı keçmiş məhkum tutulub
Bugün, 18:40 KRİMİNAL
-
Şəkidə dəhşətli faciə - İki nəfərin öldüyü mərkəz məşhur iş adamına məxsusdur
Bugün, 18:25 GÜNDƏM
-
Ərdoğan Avropa çempionu olan yığma komanda üzvlərini qəbul edib
Bugün, 18:00 İDMAN
-
Tanınmış modelyer Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Şok ittiham... (Yenilənib)
Bugün, 17:53 KRİMİNAL
-
Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 17:43 İQTİSADİYYAT
-
DİN Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib
Bugün, 17:43 GÜNDƏM
-
İspaniya və Fransada güclü yanğın... - Türkiyə dörd yanğınsöndürmə təyyarəsi göndərdi
Bugün, 17:20 DÜNYA
-
Azərbaycanla Əlcəzair arasında Birgə Komissiyanın ilk iclası bu tarixdə keçiriləcək
Bugün, 17:15 İQTİSADİYYAT
-
Cahid İsayevə hökm oxundu
Bugün, 17:08 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Fondun yeni sədri kollektivə təqdim olundu - Prezidentin köməkçisi tərəfindən
Bugün, 16:49 GÜNDƏM
-
Avropa İttifaqı İsrailə qarşı bəyanat verdi
Bugün, 16:34 DÜNYA
-
Anar Əsədlinin şikayətinə "yox" deyildi
Bugün, 16:25 SİYASƏT
-
Su böhranı: quraqlıq dünyanın 40 faizini ağuşuna alacaq - Ən çox hansı bölgələr susuzluğa təslim olacaq?
Bugün, 16:11 İQTİSADİYYAT
-
Biz evimizi itirdik, amma ümidimizi itirmədik… - Seymur Verdizadə yazır
Bugün, 15:47 YAZARLAR
-
Məhkəmə Ekspertlərinin Reyestri istifadəyə verilib
Bugün, 15:31 GÜNDƏM
-
Mənsur Yavaş CHP-ninn tədbirinə qatılmaqdan imtina etdi
Bugün, 15:20 SİYASƏT
-
İran XİN başçısından ABŞ-a mesaj: "İslamabad Memorandumundakı öhdəliklərə qayıtsaq..."
Bugün, 15:07 DÜNYA
-
Ali Məhkəmədən onlayn kredit götürənlərə xəbərdarlıq: "Bu, müqavilənin etibarsız sayılması üçün kifayət etmir.."
Bugün, 14:58 İQTİSADİYYAT
-
Sumqayıtda 22 yaşlı qızın meyiti tapıldı
Bugün, 14:51 CƏMİYYƏT
-
“Quyruğumu basanın başından basacağam” - Telli Borçalı
Bugün, 14:39 ŞOU-BİZNES
-
Türk Hava Yolları məşhur futbol klubunun əsas sponsoru oldu - Beş ildə kluba fantastik məbləğ xərclənəcək
Bugün, 14:33 İDMAN
-
TƏBİB-in icraçı direktoru özünə müşavir götürüb
Bugün, 14:28 CƏMİYYƏT
-
Prezident sərəncam imzaladı, Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SİYAHI
Bugün, 14:06 PRESS
-
QƏBUL İMTAHANI QAYDASI DƏYİŞİR? - Məleykə Abbaszadə yayılan iddialara cavab verdi
Bugün, 13:58 CƏMİYYƏT
-
"Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür" - Nazir elə açıqlama verdi ki...
Bugün, 13:55 SİYASƏT
-
8 ayda 1448 nəfər işdən azad olunub? - "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə nə baş verir?
Bugün, 13:23 CƏMİYYƏT
-
Rusiya Kiyevə növbəti dəfə zərbə endirib - İki nəfər ölüb, 10 nəfər yaralanıb
Bugün, 13:11 DÜNYA
-
Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb
Bugün, 13:05 GÜNDƏM
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
Bugün, 12:53 KRİMİNAL
-
YAP-ın VIII Qurultayına hazırlığa start verildi
Bugün, 12:50 SİYASƏT
-
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovaya məktub göndərib - MƏTN
Bugün, 12:40 GÜNDƏM
-
AFFA klubları cərimələyib
Bugün, 12:36 İDMAN