İsrail ordusu Livanı PUA-larla vurdu - "Hizibullah"ın yüksək vəzifəliləri öldürüldü

İsrail ordusu Livanı PUA-larla vurdu - "Hizibullah"ın yüksək vəzifəliləri öldürüldü

DÜNYA

15.12.2025, 00:13

Bu gün İsrail ordusu Livana PUA-larla zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Livan rəsmi agentliyi NNA məlumat yayıb.

Məlumata görə, İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə əyalətində bir neçə hədəfi bombalayıb: "Nəticədə iki nəfər ölüb, bir nəfər isə ağır yaralanıb".

Məlumatda o da deyilir ki, İsrail dronları  bundan başqa Beraşit, Joya, Səfad Battih şəhərləri arasında hərəkətdə olan 3 maşını da vurub: "Maşınlarda olanlar hadisə yerində ölüblər. İtkilər dəqiqələşdirilir"

İsrail ordusu faktı təsdqiləyib.

Bildirilib ki, droan zərbələri ilə Hizbullah qruplaşmasının  yüksək vəzifələrindən bir neçəsi öldürülüb.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR