Türkiyədə kimyəvi zavodda partlayış oldu - FOTOLAR

img

10-12-2025 [15:17]


Türkiyədə kimyəvi zavodda partlayış olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Kırıkkalenin Yahşiyan rayonunda yerləşən kimya fabrikində baş veirb.

Hadisənin səbəbi bəlli deyil.

Yayılan görüntülərdən aydın olur ki, partlayışın miqyası çox böyükdür: "Alovlar qısa müddətdə bütün fabriki bürüyüb. Partlayış səsləri eşidilib".

Məlumata görə, sürtkü yağı, antifriz və aerozol spreyi kimi məhsullar istehsal edən fabrik tamamilə alova qərq olsa da, ölən və ya xəsarət alan olmayıb.

Kırıkkale valisi Mehmet Makas bildirib ki, zavodda 70 nəfər çalışır: "Allaha şükür ki, itki yoxdur".

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA