Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gecə saat 1-ə qədər işləyəcək

img

09-12-2025 [14:56]


"Bakı Metropoliteni" QSC "Qarabağ" FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

Bu barədə Mia.az-a səhmdar cəmiyyətindən bildirilib.

Dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Metropoliten azarkeşlərin rahat və təhlükəsiz hərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək.

"Gənclik", "Nərimanov" və "28 May" stansiyalarında nəzarət mexanizmləri və işçi qüvvəsi artırılacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq", - məlumatda deyilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA