"Sumqayıta belə dayanacaq yaraşarmı, ayıb deyil?!" - Dərə sakinləri şikayətlənir + FOTOLAR

img

09-12-2025 [09:00]


Sumqayıtın  “Qurd dərəsi” deyilən yaşayış massivinin həllolunmaz problemləri yerli sakinləri artıq təngə gətirib.

Massivdəki çoxsaylı problemlər barədə zaman-zaman Mia.az-a şikayət məktub ünvanlayan yerli sakinlər bu dəfə dayanacaqlarının bərbadlığına diqqət çəkiblər.

Yerli sakinlər yazır ki, 10 mindən çox insanın yaşadığı yaşayış massivindəki dayancaqlara heç üçüncü dünya ölkələrində belə rast gəlmək mümkün deyil: "Sizə dayanacaqların bəzilərinin fotolarını göndəririk. Xahiş edirik, baxın, yayın bu fotoları da. Bəlkə ictimailəşdikdən sonra yerli məmurlar utana, bir tədbir görərlər. Əslində, ölkənin üçüncü böyük şəhəri sayılsa da, fakt budur ki, sürətlə artan əhali və inkişaf edən sənayesi ilə ikinci şəhər statusunda olan Sumqyata belə dayanacaq yaraşarmı? Ayıb deyil?!

Diqqət edin bu şəkillərə, burada yol və nəqliyyat problemini də görmək o qədər çətindir ki?"

Sakinlər sonda aidiyyatı dövlət qurumlarından kömək istəyiblər.

Hüseyn Namazov

MİA.AZ

img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA