Əli Əsədov onlara vəzifə verdi - Dəyişiklik

img

08-12-2025 [16:40]


Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinə dəyişiklik edilib.

Mia.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasəni, şuraya İqtisadiyyat Nazirliyi Aparatının Makroiqtisadi proqnozlaşdırma və təhlil şöbəsi müdirinin müavini, statistika sektorunun müdiri Həsənov Ceyhun Rafiq oğlu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibinin müavini, Hüquq və sosial tərəfdaşlıq şöbəsinin müdiri Hüseynzadə Samir Allahverən oğlu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin hüquq məsələləri üzrə meneceri Abdullayev Cəlal Rövşən oğlu üzv kimi qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA