Gürcüstan əcnəbilər üçün ölkəyə girişi çətinləşdirdi- Yeni QAYDA

img

06-12-2025 [12:19]


Gürcüstan 2025-ci il yanvarın 1-dən ölkəyə daxil olan bütün əcnəbilər üçün məcburi tibbi sığorta tələbi tətbiq edir.

Yeni qaydalara görə, ölkəyə giriş üçün təqdim olunan sığorta polisinin minimum təminat hədləri belə olmalıdır:

- Ambulator xidmətlər üçün — ən azı 5 000 ABŞ dolları,

- Stasionar müalicə və hospitalizasiya üçün — ən azı 30 000 ABŞ dolları,
o cümlədən qəza halları, qəfil xəstəliklər və tibbi evakuasiya xərcləri daxil edilməlidir.

Sığorta təqdim etməyən şəxslər 300 lari (təxminən 110 dollar) cərimə edilə və ya ölkəyə buraxılmaya bilərlər.

Əvvəllər tibbi sığorta yalnız tövsiyə xarakteri daşıyırdı, lakin yeni qaydalarla o, məcburi olur və sərhəd nəzarəti zamanı yoxlanacaq.

Tiflis hökuməti qərarın əsas məqsədinin əcnəbilərin ölkədə tibbi xərclər səbəbindən çətin vəziyyətə düşməsinin qarşısını almaq olduğunu bildirir/Musavat.com.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:26 05.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA