"Netflix" "Warner Bros. Discovery" şirkətini satın aldı - Fantastik qymətə

img

05-12-2025 [20:09]


Maraqlı filmlərin yayım platforması kimi məşhurlaşan "Netflix"  "Warner Bros. Discovery" (WBD) media və yayım şirkətini fantastik qiymətə satın alıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Netflix şirkəti açıqlama yayıb.

Bildirilib ki, "Warner Bros. Discovery" şirkətini 82,7 milyard dollara satın almağa razılaşıblar: "Satınalma nağd və səhm əməliyyatı formatında həyata keçirləcək. "Netflix" WBD-nin səhm başına 27,75 dollar ödəyəcək..."

Məlumatda deyilir ki, satınalma yalnız WBD-nin film və televiziya studiyalarını deyil, həm də yayım xidməti "HBO Max"ı da əhatə edir: "Təhvil-təslim prosesi 2026-cı ilin üçüncü rübünə qədər yekinlaşdırılacaq".

Xatırladaq ki, iki şirkətin birlikdə dünya üzrə təxminən 450 milyon abunəçisi var.

Hüseyn Namazov

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:26 05.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA