“Qurd dərəsi” “İtlər vadisi”nə çevrilib - İcra Hakimiyyətindən şikayətə reaksiya (YENİLƏNİB)
01-12-2025 [17:41]
Sosial problemlər girdabında boğulan Sumqayıtın “Qurd dərəsi” adlanan yaşayış massivi haqda mətbuatda çox yazılıb. Bura Sumqayıta yaxın ərazi olsa da illərdir diqqətdən kənarda qalıb.
Sakinlər Mia.az-a bildirib ki, dəfələrlə buranın sosial problemlərindən, əsasən də yolların bərbad olmasından, nəqliyyatın pis vəziyyətdə olmasından, kanalizasiyanın olmamasından icra hakimiyyətinə şikayət etsələr də, heç bir tədbir görülmür.
Gecəqondunu xatırladan bu yaşayış massivi Sumayıtın cəmi 2-3 kilometrliyində yerləşsə də mövcudluğu (şəhərin 18-mikrorayonundan “Qurd dərəsi”nin girişinə-Saray körpüsünə qədər məsafə 2 km, ən uzaq yerinə isə 10 km-dir) sanki şəhər rəhbərliyi tərəfindən unudulub.
Halbuki, yol, nəqliyyat, kanalizasiya infrastrukturu, xəstəxanası, poliknikası, işıqlandırma sistemi olmayan, 10-15 km-ə qədər uzanan bu ərazidə 10 minə yaxın insan yaşayır.
Normalda bu ərazinin ən uzaq yerinə avtobusla 10 dəqiqəyə çatmaq mümkün olsa da sakinlər, narahat, köhnə, “PAZ” avtobusları ilə 45-50 dəqiqəyə, hətta 1 saata çatırlar.
Bunun da səbəbi bu yaşayış yerində yolların çox bərbad olmasıdır. Yollar “Qurd dərəsi”ndə çox az asfaltlanıb ,bəzi yerlər isə sırf sakinlərin öz hesabına hesabına daş, çınqıl, doğranmış şlak tökülüb birtəhər düzəldilir. Təbii ki, bu cür “təmir” də çox çəkmir. Yağışlı günlərdə, qışda isə buranın yolları gölməçələrin, palçığın əlindən lap keçilməz olur. Həm əsas, həm də evlərarası yolların bərbad olması burada yaşayan sakinlərə çox əziyyət verir.
Bu səbəbdən hətta taksi xidmətləri göstərən şirkətlər də bura sifariş götürmək istəmir.
Burada yalnılz xırda market olduğundan əhali alış-verişi əsasən Sumqayıtdan edir ki, bu da əlavə çətinliklər yaradır.
“Qurd dərəsi”ndə nə aptek, nə də rabitə xətti, yəni telefon yoxdur.
Dövlət idarələrindən burada, 1 kiçik məktəbi sayılmasa yalnız bir müddət əvvəl istifadəyə verilən polis idarəsi mövcuddur. Yəni, bu qədər əhali yaşayan ərazidə dövlət qurumlarının, nə icra hakimiyyətinin , nə də bələdiyyənin nümayəndəliyi var. Yəni insanlar problemlərini deməyə, şikayət etməyə, müraciət etməyə yaxınlıqda məmur tapmırlar.
“PAZ” sürücüləri deyir ki, ki, burada təzə avtobuslar tez sıradan çıxır və “Qurd dərəsi”nin yollarına ancaq sovet avtobusları tab gətirir.
Bu avtobuslarda sakinlər evə çatana qədər xeyli əziyyət çəkir . Sakinlər zarafatca deyir ki, bu marşrut müalicəvidir, böyrək daşlarını salır. Yəni bura bir neçə marşrut işləsə də sakinlər neçə illərdir yolsuzluqdan əziyyət çəkirlər. Əgər yollar təmir olunarsa burda müasir avrobuslar işləyə bilər və sakinlərin bu zülmünə son qoyular. Yəni buranın ən böyük, köklü problemlərindən biri, kanalizasiya problemindən başqa nəqliyyatdır. Sumqayıtda son dövrlər nəqliyyat sistemində yaxşıya doğru xeyli addımlar atılıb, şəhərdə köhnə avtobusların yerinə çoxlu sayda müasir tipli avtobuslar işləyir. Amma “Qurd dərəsi”ə bu inkşaf hələ çatmayıb.Bu məsələyə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) diqqət etsə idi yaxşı olardı.
Amma son zamanlar mövcud olan problemlərin üstünə bir problem də əlavə olunub ki, bu da sahibsiz küçə itləridir.
Belə ki, sakinlər son aylarda sahibsiz itlərin çoxalmasından ciddi narahatlıq keçirdiklərini bildirirlər. Nəzarət olmadığından sürü halında gəzməyə başlayan itlər xüsusən axşam saatlarında aqressivləşir, insanlara hücum edir ki, bu isə həm böyüklər, həm də uşaqlar üçün böyük təhlükə yaradır. Bu baxımdan yaşayış yerinin 7-ci, 8-ci , 9-cu dayanacaq hissəsi (Burada ünvanlar dayacanaqla və avtobus yolları ilə adlanır; 7-ci dayanacaq, 9-cu dayanacaq , 27-nin yolu, 17-nin yolu və sairə) daha təhlükəlidir.
Sakinlərin sözlərinə görə, itlərin aqressivləşməsi təkcə fiziki təhlükə deyil, həm də psixoloji gərginlik və stress yaradır. Uşaqlar kimsə müşayiət etmədən küçəyə çıxa bilmir, məktəbdən və ya dərsdən qayıdarkən qorxu keçirirlər.
Ərazidə küçə işıqlandırmasının olmaması (küçələrdə işıq dirəkləri yoxdur )vəziyyəti daha da ağırlaşdırır. Yalnız bəzi yerlərdə sakinlər öz vəsaitləri hesabına evlərinin qabağındakı küçəni işıqlandırır. Qaranlıq küçələrdə həm itləri görmək çətin olur, həm də hücum ehtimalı artır. Sakinlər bildirirlər ki, axşam düşəndən sonra burada təkbaşına hərəkət etmək demək olar ki, mümkün deyil.
“Uşaqlar dərsdən qayıdanda qaranlıqda bu itlərin yanından keçə bilmirlər. Sahibsiz itlər həm hürürlər, həm də insanların üstlərinə qaçırlar. Biz hər dəfə narahat oluruq, çünki itlərin davranışı agresivdir. Bu vəziyyət artıq gündəlik stressə çevrilib,” – deyə sakinlərdən biri bildirir.
Sakinlər əlavə edirlər ki, sahibsiz itlər avtomobillərin də qarşısına çıxaraq ,arxasınca qaçaraq hücum edir ki, bu da qəza riskini artırır.
Ərazidə il ərzində it dişləməsi halları olur, itlərin hücumları isə hər gün çoxlu sayda dəfə baş verir ki, bu da insanlarda qorxu yaradır.
Sahibsiz küçə itlərinə qarşı heç bir tədbir görülmədyindən onlar get-gedə artıb çoxalır və artıq ərazilərdə sürü ilə yığılan sahibsiz itlər özlərini çox komfort hiss edirlər və ərazini özlərinki kimi sayırlar.
Bu baxımdan artıq buranı “Qurd dərəsi” yox, uğurla “İtlər vadisi” adlandırmaq olar.
“Qurd dərəsi” yaşayış massivində yaşayan sakinlərin dediyinə görə onlar sahibsiz küçə itləri ilə bağlı müvafiq qurumlara edilən müraciətlər etsələr də real nəticə olmayıb.
Sakinlər aidiyyəti qurumlardan təcili şəkildə aşağıdakı məsələlərin həllini tələb edirlər:
- sahibsiz itlərin toplanması və təhlükəsiz şəkildə sığınacaqlara yerləşdirilməsi;
- itlərin peyvəndlənməsi və qısırlaşdırılması;
- küçələrin işıqlandırılması;
- massivdə təhlükəsizlik nəzarətinin gücləndirilməsi.
Sakinlərin fikrincə, indiki vəziyyət davam edərsə, yaxın vaxtlarda daha ciddi insidentlərin baş verməsi istisna deyil.
Sakinlər ümid edir ki, gec də olsa, məsul qurumlar “Qurd dərəsi”ndəki problemlərlə maraqlanacaq və onlar tezliklə həllini tapacaq.
***
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Mia.az-a bildirilib ki, Sumqayıt şəhərinin “Qurd dərəsi” adlanan ərazisi inzibati baxımdan bağlar zonası olmaqla yanaşı, Sumqayıt Bələdiyyəsinin xidməti ərazisinə daxildir.
Sözügedən ərazi ilə bağlı daxil olan müraciətlər və sakinlərin qaldırdıqları məsələlər Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən diqqətlə araşdırılıb, mövcud problemlərin aradan qaldırılması məqsədilə mərhələli tədbirlər planı hazırlanaraq icrasına başlanılıb:
"Ərazidə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə asfaltlanma işləri həyata keçirilir. Son illərdə 17, 18 və 27 nömrəli marşrut xətlərinin hərəkət etdiyi yollar üzrə təmirə ehtiyac olan hissələrdə asfaltlanma işləri aparılmışdır. Mərkəzləşdirilmiş kanalizasiya sisteminin qurulması isə Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş və müvafiq mərhələlər üzrə icra olunacaqdır.
Sahibsiz itlərlə bağlı təhlükəsizlik və sağlamlıq tələblərinə uyğun olaraq, onların toplanması, peyvəndlənməsi və xüsusi ayrılmış sahələrə yerləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bununla yanaşı, son illər ərazidə küçələrin işıqlandırılması ilə bağlı bir sıra tədbirlər görülmüş, bu istiqamətdə işlərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
Sumqayıt Şəhər İcra Hakimiyyəti olaraq qeyd olunan bağlar massivində sosial infrastrukturun daha da yaxşılaşdırılması üçün aidiyyəti qurumlarla birgə fəaliyyətimiz davam etdiriləcək".
Hüseyn
MİA.AZ
Tehran Ankaranı masadan necə sildi? - TƏHLİL
Ağcabədidə azyaşlı uşağa bıçaq zərbələri vurulub (Yenilənib)
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - ONLARA BAKIDA ÖMÜRLÜK HƏBS CƏZASI VERİLDİ (YENİLƏNİB)
Xaçmazda qatar avtomobili vurub - Sürücü hadisə yerində ölüb
Sabah Bakıda yağış yağacaq
“By Fateh” müştərilərə saxta məhsullar verilirmiş - FOTOLAR
KLİNTON və ARVADI İFADƏ VERƏCƏK - Tramp sabiq prezidentin "Epşteyn işi"nə cəlbinə belə reaksiya verdi
Kamran Əliyev prokurorluğa yeni qəbuldan danışdı: "Kriminalistik bilikləri çox aşağıdır"
TƏBİB-in vəzifəli şəxsi barədə yeni iddialar yayıldı
Gömrük Akademiyası barədə sərəncam imzalandı
Ali Məhkəmənin sədri: "Etimad və şəffaflığın gücləndirilməsi..." - "Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir"
3 məktəbə direktor təyin edilib
Güclü külək Bakıda bir nəfərin ölümünə səbəb olub
Epşteyn işi və Qərb demokratiyasının iflası.. - TƏHLİL
AZAL-dan şikayətl var - 3 kq artıq baqaja görə 70 avro?
İcra başçısının köməkçisi işdən çıxarıldı: Sərxoş halda... - Deputatın köməkçisi isə... + VİDEO, FOTO (YENİƏNİB)
Müğənni: "Qadın gecə saat 3-də evə gəlməz" - "Kişinin qadını, namusu, qeyrəti evdə olar"
Zelenski Ukraynanın 4 illik itkisini açıqladı: 55.000 hərbçi...
Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Mask trilyoner olmaq yolunda - Sərvəti 850 milyard dolları ötdü
Türkiyədə qanun dəyişdi: avtoşlar və piyada yolunda skuterlər sürənləri ağır cəza gözləyir
Sabiq deputatdan icra başçısı haqda maraqlı açıqlama: "Adil Vəliyev ad çəkir, deyir ki, bu işin səbəbkarı deyil"
Aqranomun SOROS Fondundan keçən karyerası... - Və ya təhsil sahəsinin "ağır topu"...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı