"Kəpəz" - "Zirə" oyununda hakim söyüldü - (VİDEO, Yenilənir)

img

28-11-2025 [15:16]


Misli Premyer liqasının 13-cü turunun ilk oyununda "Kəpəz" Futbol Klubu (FK) "Zirə"ni qəbul edir.

Mia.az xəbər verir ki, ev oyunlarını artıq yenilənən Yevlax stadionunda keçirən "Kəpəz" sonuncu dəfə həmin stadionda ev sahibi olan "Karvan-Yevlax"ı məğlub etmişdi. 

Saat 14.00-da başlayan oyunun ikinci hissəsində "Zirə"nin tərkibində  dəyişiklikdən sonra matçda bir az canlanma gəlib. Oyunun 64-cü dəqiqəsində 28 nömrəli oyunçu Leroy Mikels ilk qolu vurub.

Bundan əvvəl 56-cı dəqiqədə meydançada yaşanan gərginlik və sərt oyun səbəbilə baş hakim Rəşad Əhmədovun "Zirə"yə cərimə təyin etməməsi və hətta "Kəpəz"in 5 nömrəli oyunçusu Rauf Hüseynliyə sarı vərəqə verməsi "Kəpəz"in azarkeşlərinin qəzəbinə və etirazına səbəb olmuşdu.

Azarkeşlər təxminən 1 dəqiqə tribunadan "Bişərəf hakim" şüarını səsləndirmişdi və polisin müdaxiləsindən sonra sakitləşmişdilər. Qeyd edək ki, azarkeşlərin belə hərəkətləri Peşəkar Futbol Liqasının (PFL) intizam komitəsi tərəfindən müzakirə olunur və böyük ehtimalla hakimin təhqirinə görə "Kəpəz" klubu cərimə olunacaq.

84-cü dəqiqədə "Zirə" daha bir qola imza atıb. Meydana yeni daxil olan İssa Cibrila komandasının ikinci qolunun müəllifi olub.

Hazırda oyun davam edir..

***

Bu oyuna qədər "Kəpəz" Premyer liqada hələ ki, 6 xalla 10-cu yerdədi. "Zirə" 23 xalla turnir cədvəlində 3-cü yerdə bərqərar olub. Qonaqların yerini bərkitmək üçün bu gün qələbəyə ehtiyacı var. Çünki bu gün "Tovuz" da oynayır və həmin oyunda qələbə tovuzlulara turnir cədvəlində 1-ci yeri qarantiya edir. 

Hazırda oyun davam edir. "Zirə" dinamikliyi artırsa da, hələ ki, meydanda atmosfer dəyişməz olaraq qalır. "Kəpəz" azarkeşləri öz çoşğusu ilə oyuna rəng qatıb.

Zülfiyyə Mustafayeva 
Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 28.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA