Ərdoğan Cənubi Koreya lideri ilə bir arada: "Atom elektrik stansiyasının qurulması..." - FOTO

img

25-11-2025 [00:04]


Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Cənubi Koreya prezidenti Li Ce Myununu qəbul edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qapalı görüşdən sonra ikili mətbuat konfrasnsı keçiriblər.

Bildirilib ki, görüşdə ikitərəfli münasibətlər, müdafiə sənayesi, nəqliyyat, infrastruktur və yüksək texnologiyalar sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün müzakirələr aparılıb, razılaşmalar əldə olunuhb.

Prezident Ərdoğanın sözlərinə görə, bunlarla yanaşı, nüvə enerjisi ilə işləyən Atom Elektrik Stansiyasının qurulması üçün Cənubi Koreyalə həmkarı ilə fikir mübadiləsi aparıb: "İnanıram ki, bu səfərlə Türkiyə ilə Cənubi Koreya arasındakı güclü əlaqələri daha da gücləndirdik. Koreyalıların da Türkiyəni qardaş ölkə hesab etməsindən çox məmnunuq. Bildiyiniz kimi, Koreya müharibəsində eyni cəbhədə çiyin-çiyinə vuruşduq və qan qardaşı olduq. Türkiyə olaraq 75 il əvvəl minlərlə kilometr uzaqlıqdakı torpaqlara təxminən 23.000 türk əsgəri göndərdik. O vaxtdan oradakı şəhidlərimizi və sonradan vəfat edən veteranlarımızı hər zaman yad edir, sağ qalan veteranlarımızı isə hörmət və minnətdarlıqla qarşılayırıq”.

Məlumatda o da deyilir ki, bu gün Li və koreyalı nümayəndə heyəti Ankarada "Koreyada Döyüşən Türklərin Abidəsi"nə əklil qoyacaq.

Samir Musayev
MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA