Aİ-dən Trampın Ukrayna planı haqda - Açıqlama

img

24-11-2025 [17:27]


Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Kosta dünən İsveçrənin Cenevrə şəhərində keçirilən Ukrayna sülh danışıqlarında əhəmiyyətli irəliləyiş" əldə edildiyini bildiriblər.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə onlar bu gün Afrika İttifaqı- Aİ sammiti üçüngbetdikləri Anqolanın paytaxtı Luandada mətbuata açıqlama veriblər.

Von der Leyen bildirib ki, Avropanın prosesdə effektiv və əlaqələndirilmiş iştirakı ilə Ukraynada ədalətli və davamlı sülh üçün danışıqlarda əhəmiyyətli addımlar atılmaqdadır: "Lakin proses hələ bitməyib. Sülh planı üçün möhkəm təməl əldə edilməli və Ukraynanın maraqları əsas müzakirə olunmalıdır. Biz bunun  üçün bir olmalıyıq. əsas məsələlərdən biri, bəlkə də birincisi odur ki, bu gün və gələcəkdə qitəmizin təhlükəsizliyi daimi olsun və bir daha belə hal təkrarlanmasın. Bizi bunun üçün bir olaraq Ukraynaya dəstəyimizi əsirgəməyəcəyik. Ukraynanın ərazi bütövlüyü və suverenliyi birmənalı qorunmalıdır. Suveren bir dövlət olaraq silahlı qüvvələri ilə bağlı qərarları isə yalnız Ukrayna verə bilər. Bir sözlə, öz gələcəkləri ilə bağlı seçimlər ukraynalıların əlində olmalıdır".

Kosta da oxşar açıqlama verərək, sülh danışıqlarında müsbət irəliləyişlər nail olduqlarını bildirib: "Sülh danışıqlarında yeni impuls var. ABŞ və Ukraynanın dünənki danışıqları konstruktiv keçib. Onlar bizə bu barədə bilgi verdilər. Biz bu irəliləyişi alqışlayırıq. Hələ də həll edilməli bəzi məsələlər var, lakin tendensiya müsbətdir."

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA