Britaniya hökumətindən narazılıq yaradan qərar - Londonda "turist vergisi" tətbiq olunacaq

img

24-11-2025 [12:51]


Britaniya hökuməti turizm şirkət və obyektlərinin sahiblərini narazı salan qərar qəbul edib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, hökumət Londonda gecələyən turistlərdən bundan sonra "turist vergisi" almağa hazırlaşır.

London meri Sadiq Xan bildirib ki, bu qərar icra olunarsa, şəhər büdcəsi illik təxminən 240 milyon funt sterlinq gəlir əldə edəcək.

Məlumatda deyilir ki, bu qərar turizm şirkətləri ilə Londondakı otel, iaşə və digər sahələrdə narazılıq yaradıb: "Onlar hesab edir ki, bu qərar turistlərin çoxunun şəhərdən qaşmasına səbəb olacaq..."

Xatırladaq ki, turist vergisinin icrasını bloklayan yeganə G7 ölkəsi Britaniyadır.

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA