Osimhendən xəbər var - "Fənərbağça" derbisində oynayacaq?

img

24-11-2025 [16:30]


"Qalatasaray"ın zədələnən nigeriyalı hücumçusu Viktor Osimhenin Çempionlar Liqasında "Union SG" matçında forma geyinməyəcəyi dəqiqləşib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Okan Buruk açıqlama verib. 

O, şənbə günü "Gənclərbirliyi" ilə matçda forma geyinməyən Osimhenin n Çempionlar Liqasında sabah "Union SG"yə qarşı da meydana çıxmayacağını bildirib.

Baş məşqçi nigeriyalı hücumçunun   dekabrın 1-də "Fənərbağça"ya qarşı derbidə meydanda lub-olmaması haqda sualı isə cavabsız buraxıb: "Bunu indidən demək  mümkün deyil"

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA