Bakıda obyektdə partlayış: 7 nəfər xəsarət alıb (VİDEO, FOTOLAR) - Yenilənib
24-11-2025 [10:26]
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
FHN-də verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.
FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədat aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
Bakının Nərimanov rayonunda partlayış baş verən ofisdə xilasetmə itləri ilə birgə axtarış işləri aparılır.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, dağıntılar altında qalanların olma ehtimalı var.
Əraziyə axtarış briqadası və xüsusi təlim görmüş itlər cəlb edilib.
TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.
***
REAL TV-nin məlumatına görə, partlayış “AFEN Plaza” biznes mərkəzində baş verib.
***
DİN-in Mətbuat xidmətindən qeyd edilib ki, paytaxtın Nərimanov rayonu Ə.Rəcəbli küçəsində yerləşən ofislərin birində baş vermiş partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür.
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Dərhal 2 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
***
Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində partlayış olub.
Partlayış obyektdə qeydə alınıb. Partlayış nəticəsində 7 nəfər xəsarət alıb(APA).
***
Bakıda obyektdə partlayış olub.
Fövqəladə Hallar Nazirliyindən Mia.az-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
Sabah hava necə olacaq? - Proqnoz
"Neftçi" klubu Samir Abasovu istefaya göndərib
"Böyük məmnuniyyətlə deyə bilərik ki, Türk dünyasını bir araya gətirən..." - Hikmət Hacıyev
PARTİYA SƏDRİ 10 GÜN İÇİNDƏ NECƏ DƏYİŞDİ? - Sabiq deputat iki fərqli çıxışı yan-yana qoydu və...
Gürcüstanda yol uçdu - 4 xarici vətəndaş öldü
"Araz" supermarketlər şəbəkəsi "Zəfər xatirələri" sənədli filmini təqdim edib - FOTOLAR
Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin üzvləri toplandı - Bu dəfə Şuşada (FOTO, YENİLƏNİB)
Növbəti 15 gün ərzində bürcləri nə gözləyir?
ABŞ xəbərdarlıq etdi, Türk Hava Yolları bu ölkəyə uçuşlarını 4 günlük dayandırdı - Savaş başlayır?
Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHI
Daha bir ölkədə sosial mediaya qadağa - 16 yaşdan kiçik uşaqlar hesabı aça bilməyəcək
Əməkhaqqı və pensiya kartlarında nağdlaşdırmada faiz tutulacaq? - "Kapitalbank"dan açıqlama
"Onların yaydığı məlumatlardan çəkinmək lazımdır" - Fərid Şəfiyev
İSRAİLDƏN BEYRUTDA MÜDHİŞ ƏMƏLİYYAT: "Hizbullah"ın qərargah rəisi öldürüldü - FOTOLAR
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
Qəzzada atəşkəs pozulub? - HƏMAS İsrailə təzyiq edilməsini istəyir
QARABAĞA DAHA 30 İLƏ KÖÇÜRÜLDÜ
Avstraliyada hava şəraiti kəskin pisləşib - Minlərlə ev və iş yerləri elektriksiz qalıb
İran rəsmisi təhlükənin anonsunu verdi: "Bu payız son 58 ilin ən aşağı yağışı yağıb"
"Arsenal" "Tottenhem"i darmadağın etdi
Maduro: "Tramp məni "diktator" adlandırmaqdan yorulmur"
İran XİN: "ABŞ danışıqlara ciddi yanaşmır"
Vyetnamda daşqın: ölənlərin sayı 90-a çatıb, 12 nəfər itkin düşüb
Müdafiə naziri: "Biz heç bir imperiyanın köləsi deyilik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Kamran Əliyev Buxarestdə işğüzar səfərdədir - FOTOLAR
Baş Prokurorluq media və ictimaiyyətə müraciət edib
Yasamalda yaşayış binasında yanğın: 3 nəfər ölüb, 20 nəfər isə... - Rəsmi açıqlama yayıldı, klinika sahibi saxlanıldı (Yenilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Mingəçevirdə qətl: 14 yaşlı uşaq 17 yaşlı yeniyetməni öldürüb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əhməd Oruc vəfat edib
Almaniya "Türk Tarixi və Mədəniyyətləri" muzeyi müdürü Tarix-Diyarşünaslıq muzeyində olub
Bakıda gecəyarısı soyğunçuluq edən şəxs tutulub
Ermənistan QHT rəhbərləri Bakıda: Hikmət Hacıyevlə görüş olub - Nələr razılaşdırılıb? + FOTOLAR
Bakıda restoranda dəhşətli olay: dörd əməkdaşı elektrik cərəyanı vuraraq öldürüb - GÜNAHKAR KİMDİR?
Prezident Vahid Əzizlə bağlı sərəncam imzaladı - Təltif
Prezident İlham Əliyev Abşeronda açılışda - FOTOLAR
Keçmiş rəis həbsxanada ölüb
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda - FOTOLAR
Azərbaycan nefti ucuzlaşıb
Bakı Milli Geyim Evinin rəhbəri yanğında ölüb