Maduro: "Tramp məni "diktator" adlandırmaqdan yorulmur"

img

24-11-2025 [00:20]


ABŞ prezidenti Donald Trampın həm hücuma, həm də prezidentini devirməyə çalışdığı Venesuelada müharibə xofu böyük narahatlıq yaradıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bir neçə gün əvvəl Trampın Prezident Nikolas Maduronu diktator adlandırması və onun devrilməsi, həttə "nöqtə atışı" ilə aradan götürülməsinə eyham vurması isə qarşı tərəfin tədbirləri artırmasına səbəb olub.

Miraflores Prezident Sarayında adını daşıyan film premyerasında iştirak edən Prezident Nikolas Maduro isə jurnlaistlərə açıqlamasında ABŞ-dan çəkinmədiyini deyib: "O, Venesuelada bir rejim və ya diktator olduğunu deyir. O və komandası bu  köhnə hekayənu təkrarlamaqdan yorulmurlar"

Maduro bildirib ki, o və xalqı ölkəsini sonadək müdafiə edəcək.

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:51 22.11.2025

Əhməd Oruc vəfat edib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA