Müdafiə naziri: "Biz heç bir imperiyanın köləsi deyilik"

img

24-11-2025 [00:05]


"Ölkəmız həftələrdir ABŞ-ın bütün təhdidlərinə başımız dik cavab veririk".

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu sözləri Venesuela müdafiə naziri Vladimir Padrino Lopez ölkəsinin VTV Dövlət televiziya kanalına müsahibəsində deyib.

O, ABŞ-ı "bəşəriyyət tarixinin ən böyük və ən dağıdıcı imperiyalarından biri" adlandırıb: "Vaşinqton hərbi gücündən öz maraqlarını qanunazidd istifadə edir. ABŞ imperializmi bizi Karib dənizində bombardmançı təyyarələr, raketlə təchiz olunmuş döyüş gəmiləri və nüvə enerjisi ilə işləyən sualtı qayıqlarla təhdid edir. Lakin biz heç bir imperiyanın köləsi deyilik. Bəs nə etmişik?! Heç nə. Başımız dik tutaraq bir millət olaraq təhdidlərə dirənir, cavab veririk".

Nazir bildirib ki, Venesuelanın Karib dənizi sahilləri yaxınlığındakı Trinidad və Tobaqoda ABŞ-ın hərbi təlimlərini də diqqətlə izləyirlər: "Həm bu təlim, həm də o ölkəyə hava və ya dəniz qüvvələrinin yerləşdirilməsi Venesuelanın müstəqilliyini məhdudlaşdıra bilməz. Nə qədər güclü və qorxulu olsa da, heç kim azadlığımızı və müstəqilliyimizi əlimizdən ala bilməz"

Zülfiyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:51 22.11.2025

Əhməd Oruc vəfat edib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA