Roya qaydanı pozdu, yol polisindən açıqlama verildi - VİDEO

img

10-09-2014 [19:45]


Müğənni Röya Ayxan "İnstagram” səhifəsində müzakirələrə səbəb olacaq video paylaşıb. 


İfaçı avtomobilini idarə edərkən azyaşlı oğlu Hüseyni maşının ön oturacağında əyləşdirib. Yol hərəkət qaydasını pozan ifaçı videoya özünəməxsus şərh yazıb: "Bu videoya baxıb, öldüm gülməkdən. Oğlum maşında qabaqda oturmaq üçün dava edən zaman onu yol polisi ilə qorxuduram. Hətta yolda polis olmayanda da deyirəm "kamera çəkir”, "görəcəklər”. Uşaq indi kamera görən kimi ayaq altında gizlənir”. 

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovla əlaqə saxladıq. O, sözügedən videodan xəbərsiz olduğunu söylədi: "Bu videonu görməmişəm. Gərək baxım. Amma Röya azyaşlı oğlunu ön oturacaqda əyləşdiribsə, bu, qanun pozuntusudur. Uşaqlar üçün xüsusi oturacaqlar mövcuddur. Həmin oturacaqlardan istifadə olunmalıdır. Mən inanmaram ki, Röya Ayxan oğlunun həyatına biganədir"(Lent.az).

Sözügedən videonu təqdim edirik.



Digər xəbərlər
SON XƏBƏRLƏR