"Fənərbağça"nın oyunçusu ilə bağlı sensasiyalı elan verildi: "Axtarılır"

img

20-11-2025 [10:08]


"Fənərbağça"nın yayda heyətinə cəlb etdiyi seneqallı Amara Diufla bağlı şok xəbər yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Seneqal mətbuatı futbolçu haqqında "itki elanı" verib.

Sensasiya yaradan elanda futbolçunun itkin düşdüyü iddia olunub.

Elanda yazılıb: "Bu futbolçu zədələndikdən sonra yoxa çıxıb. Görənlərdən xahiş olunur, yeri haqqında məlumat versinlər..."

Bu elan dünyanın bir çox ölkələrində maraqla qarşılanıb. 

İstanbul klubu bu xəbərdən dərhal sonra Amara Diufin məşq prosesindən görüntüsünü yayıb.

Xatırladaq ki, Amara Diuf 17 yaşındadır.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA