Federasiya prezidenti, vitse-prezident və baş məşqçi həbsdən buraxılıblar - Araz Musayevin bıçaqlanma olayı

img

19-11-2025 [11:52]


Azərbaycan Muaytay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muaytay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədov təcridxanadan buraxılıblar.

Mia.az Oxu.Az-a istinadla xəbər verir ki, dünən Türkiyənin Antalya şəhərində keçirilən altı saatlıq məhkəmə sonrası hər üç şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, onlar doqquzqat dünya çempionu Araz Musayevin mayın 28-də Türkiyədə bıçaqlanması ilə bağlı aparılan təhqiqat çərçivəsində "qəsdən adam öldürməyə cəhd" maddəsi üzrə ittiham edilərək həbs edilmişdilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA