Dəmir yolundan oğurluq edən şəxslər saxlanılıblar

img

18-11-2025 [09:00]


Xaçmazda dəmir yolundan oğurluq edən şəxslər saxlanılıblar.

Mia.az xəbər verir ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Sumqayıt şəhərində stansiya ərazisində olan metal anbarından müxtəlif ölçülü relsləri oğurlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

Həmin şəxslər - əvvəllər məhkum olunmuş Xızır Hüseynov, Xudabaxış Ağayev, Akaş Paşayev və Sədat Elbruszadə ümumi çəkisi 109 ton metal qurğuları oğurlayaraq dəmir yollarına 67 min manat maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA