Lider TV-dən Mətbuat Şurasına və MTRŞ-ə şikayət edildi

img

10-09-2014 [16:11]


"Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə müraciət edirəm ki, Lider televiziyası barədə lazımi ölçü götürsünlər"

Bu sözləri Aktual.az-a Lider TV-dən şikayətçi olan, 2014-cü ilin mart ayında Lider TV-də yayımlanan "Zəif bənd" verilişinin qalibi olmuş Fuad Rəsulzadə deyib.

Fuad Rəsulzadə "Zəif bənd"də qalib kimi qazandığı 2250 manatı, Lider televiziyasının rəhbərliyindən, hələ də, ala bilmir:

"Bizimlə imzalanan müqavilədə yazılıb ki, veriliş efirə gedəndən 3 ay sonra pulu almaq hüququnuz yaranır. İyulda Lider televiziyasına 3-4 dəfə getdim, hər dəfə dedilər hələ pulumuz yoxdur, sentyabrda verəcəyik. Mən onlara dedim ki, doğrudanmı, Lider kimi televiziyanın mənə çatacaq 2250 manatı ödəməyə pulu yoxdur? Onlar da yay ayları olduğunu bəhanə edərək, sentyabrda gəlməyimi bildirdilər.

Dedikləri vaxtda, yəni sentyabr ayında yenə getdim, amma mənə dedilər ki, mühasib məzuniyyətdədir. Sonra da mühasibatlıqdan bir xanım dedi ki, sizin pulunuz gec veriləcək, amma müddətini deyə bilmərik. Ona görə də, müraciət etdiyim əlaqədar qurumlardan mənə kömək etmələrini xahiş edirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA