Kylian Mbappe zədələndi 

img

14-11-2025 [20:49]


"Real Madrid"in və Fransa yığmasının hücumçusu Kylian Mbappe zədələnib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu səbəbdən yığma komandanın düşrəgəsini tərk edib.

Fransa Futbol Federasiyasından bidlirilib ki, 26 yaşlı hücumçunun sağ topuğundakı zədə ciddi olduğundan o, heyətdən kənarlaşdırılıb.

Yeri gəlmişkən, Mbappe dünən Fransanın Ukrayna üzərində 4:0 hesablı qələbəsində iki qol vuraraq, ölkəsinin 2026-cı il FİFA Dünya Kubokuna vəsiqə qazanmasında mühim rol oynayıb. O, eyni zamanda, bu qollarla karyerasında 400-cü qola imza atımış olub.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA